Bakı məktəblərində Beynəlxalq Ahıllar Günü qeyd olunub

1 oktyabr – Beynəlxalq Ahıllar Günü qeyd edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 1 oktyabr – Beynəlxalq Ahıllar Günü qeyd edilib.

Bu barədə Bakucity.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.  

“Beynəlxalq Ahıllar Günü” münasibətlə tədbirlər keçirilib, bir sıra məktəblərin müəllim-şagird heyətinin Bilgəh qəsəbəsində yerləşən Qocalar evinə ziyarətləri təşkil olunub. 

Tədbirlərdə BMT Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq, hər il 1 oktyabr tarixinin Beynəlxalq Ahıllar Günü kimi qeyd edildiyi şagirdlərin diqqətinə çatdırılıb. Bildirilib ki, ölkəmizdə də qeyd olunan bu gün əsasən yaşlılara və ahıllara qayğının daha da artırılması, onlara müxtəlif yardımların edilməsi ilə yadda qalır.

Qocalar evinə təşkil olunan ziyarət zamanı şagirdlər qocalarla maraqlı söhbətlər edib, xüsusi qayğıya, sevgiyə ehtiyacı olan ahılları sevindiriblər.

Görüşlərdə həmçinin, məktəblilər yaşlılara olan sevgilərini, diqqət və qayğılarını öz ifalarındakı şeir və mahnılarla ifadə ediblər.

Daha sonra şagirdlər ahıllara hədiyyələr verib və onlarla xatirə şəkill çəkdiriblər.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Kriminal
Bakıda bıçaqlanma kameraya düşdü Paytaxtın Nərimanov rayonunda iki nəfərin mübahisəsi bıçaqlanma ilə yekunlaşıb. Bakucity.az xəbər verir ki, hadisənin görüntülərini Baku.ws saytı yayıb. İnsidentin “Şəki” restoranı yaxınlığında baş verdiyi bildirilir. Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərə açıqlamasında hadisənin sentyabrın 11-də baş verdiyini qeyd edib. Onun sözlərinə görə, mübahisə zamanı bıçaqla...
Hadisələr
Hadisə Qaradağ rayonunda qeydə alınıb Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az-ın xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.  Yolu keçən 1977-ci il təvəllüdlü Əmiraslanov Namiq İbrahim oğlunu avtomobil vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Hadisələr
Yük maşını ilə minik avtomobili toqquşub. Paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az Ölkə.Az-a istinadən xəbər verir ki, 90 JZ 596 nömrə nişanlı yük avtomobili ilə 90 CP 251 nömrəli “Opel” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində yük maşını aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, qəzanın baş vermə səbəbləri araşdırılır. Bakucity.az
Cəmiyyət
13 məktəb direktorunun iş yeri dəyişdirilib Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki 29 məktəbdə direktor vəzifəsinə yeni təyinat olub. Bakucity.az Oxu.Az-a istinadən, həmin məktəblərin siyahısını təqdim edir:  97, 212, 175, 212, 144, 248, 28, 150, 169, 184, 219, 220, 235, 250, 306, 315, 327, 301, 75, 90, 107, 128, 307, 162, 29, 260, 221, 26 və 123 saylı tam orta məktəblər. Qeyd olunur ki, 13 məktəb direktorunun iş yeri dəyişdirilib, 14 məktəb direktoru...
Biznes
“Medinex” sərgisi 3 zonadan ibarət olacaq Paytaxtda 6-7 noyabr tarixlərində “JW MARRIOTT Absheron Baku”-da “Medinex” - Tibb İnnovasiyaları Sərgi və Forumu keçiriləcək. Bakucity.az xəbər verir ki, “Medinex” - tibb və səhiyyə innovasiyalarını əhatə edən Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbirdir. “Medinex” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir. “Medinex” sərgisi 3 zonadan ibarət olacaq. · "Showcase" zonasında...
Cəmiyyət
Qərar qəbul olunub Bakı şəhəri 162 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub. Bakucity.az APA-ya istinadən xəbər verir ki, bu vəzifə Nəzərova Arzu Aslan qızına tapşırılıb. A.Nəzərova 2003-cü ildən Bakı şəhərindəki Məktəb-Lisey Kompleksində və 162 nömrəli tam orta məktəbdə direktor müavini kimi çalışıb. Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı mə...
Cəmiyyət
Şagird qəbulu bu il martın 13-dən başlayıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulunun III mərhələsinə start verilib. İdarədən Bakucity.az-a bildirilib ki, birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir. Bu mərhələ üzrə uşa...
Cəmiyyət
Yeni təhsil ilində ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək Gənclər Fondu Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən həyata keçirilən “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə növbəti Müsabiqənin nəticələrini elan edib. Bakucity.az xəbər verir ki, nəticələrə əsasən ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri (tam və ya qismən) Gənclər Fondu...
Cəmiyyət
Sinoptiklər sabaha olan hava proqnozunu açıqlayıblar Sentyabrın 18-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bakucity.az xəbər verir ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq. Bakucity.az