Avroliqa ilə bağlı müsabiqəninqalibi müəyyənləşdi

Avroliqa ilə bağlı müsabiqəninqalibi müəyyənləşdi

“Bakı-2019” Avroliqanın final matçı ilə bağlı müsabiqənin ilk qalibi məlum olub

Bakı ilk dəfə qitənin ən mötəbər yarışlarından biri – UEFA Avropa Liqasının final oyununa ev sahibliyi edəcək. Əlli altı klubun iştirak etdiyi nüfuzlu turnirin həlledici görüşündə gərgin mübarizədən qalib ayrılacaq yalnız 2 komanda Bakı Olimpiya Stadionunda (BOS) üz-üzə gələcək.

Bakucity.az xəbər verir ki, mötəbər yarışma ilə əlaqədar yaradılmış www.finalbaku2019.com saytında xüsusi layihəyə start verilib. Belə ki, Avropa Liqasının 2018/2019-cu il mövsümü ərzində baş tutacaq oyunların düzgün tapılan nəticələrinin xal sistemi ilə keçirildiyi yarışmada 1000-dən çox iştirakçı qeydiyyata düşüb. Yarışmanın əsas mükafat fondu 2 min manatdır. Bundan əlavə, ümumi xal hesabında ilk yeri tutan hər ayın qalibinə isə milli komandanın futbol geyimi və ya Avropa Liqasının rəsmi topu hədiyyə edilir.

Turnirin Yerli Əməliyyat Komitəsinin ofisində ilk ayın qalibi mükafatlandırılıb. İyirmi yeddi xalla hər kəsi qabaqlamağı bacaran Anar İsgəndərliyə yığmanın futbol geyimi hədiyyə edilib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər