Qəzada yaralananların müalicəsi davam edir

Qəzada yaralananların müalicəsi davam edir

Səhiyyə Nazirliyi: Qəzada yaralananların müalicəsi davam etdirilir

Oktyabrın 1-də Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində yaralananların müalicəsi davam etdirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, yaralıların 12 nəfəri hazırda Sabunçu rayonundakı 3 nömrəli şəhər klinik xəstəxanasında müalicə alır. Onlardan beşi reanimasiya şöbəsindədir, üç yaralı üzərində cərrahiyə əməliyyatı aparılıb, iki nəfərin vəziyyəti ağırdır.

Yaralıların altısı isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan ikisinə tibbi yardım göstərilərək evə buraxılıb. Yaralıların 3-nün vəziyyəti orta ağır, birinin vəziyyəti isə ağırdır.

Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna üç nəfər gətirilib, onlardan biri artıq evə buraxılıb. Qalan iki nəfərdən biri bu gün əməliyyat olunacaq.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər