Sürüşmə zonalarının son vəziyyəti açıqlanıb

Sürüşmə zonalarının son vəziyyəti açıqlanıb

Abşeron yarımadasında sürüşmə və subasma sahələrinin son vəziyyəti açıqlanıb

"Ötən ay Abşeron yarımadasında ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələr davam etdirilib və ayrı-ayrı sahələr üzrə nəticələr alınıb".

Bunu Bakucity.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O, nəticələri də açıqlayıb: "Zığ-1 sürüşmə sahəsində ay ərzində aparılan monitorinqlər nəticəsində lokal sahələrdə təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında, Masazır qəsəbəsi - "Zəli gölü" adlanan ərazidə sürüşmə və uçqun prosesinin dinamikasında, Nübar qəsəbəsi sürüşmə sahəsində isə sürüşmə-çökmə sahəsində nisbi aktivlik qeydə alınıb".

Subasma proseslərinə gəlincə mütəxəssis bildirib ki, sentyabr ayında bəzi subasma sahələrində də gərginlik müşahidə olunub: "Binəqədi I-ci mədən yaşayış sahəsi, Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur. Bununla yanaşı Maştağa-Zabrat, Şuşa şəhərciyi, Zabrat-Məhəmmədi, Savalan subasma sahələrində, Daş Karxanası yaşayış massivində, Qala qəsəbəsində subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur".

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər