Qəza törədən sürücünün narkotik istifadəçisi olduğu deyilir - bakucity.az

Qəza törədən sürücünün narkotik istifadəçisi olduğu deyilir

Qəza törədən sürücünün narkotik istifadəçisi olduğu müəyyən edilib

Bakucity.az xəbər verir ki, dünən Binə-Qala şosesinin 34-cü kilometrliyində baş verən qəza zamanı sürücü də xəsarət alıb. Müayinə zamanı onun narkotik istifadəçisi olduğu müəyyən edilib. 

Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər DYP-nin sözçüsü, polkovnik Vaqif Əsədov məlumat verib.

O bildirib ki, avtobusun sürücüsü, 1986-cı il təvəllüdlü Şıxəliyev Əlixan Əlibaba oğlu bu hadisədən öncə də ölümlə nəticələn yol qəzası törətdiyinə görə həbs edilib. May ayında azadlığa çıxdıqdan sonra yenidən sürücü kimi fəaliyyətə başlayıb:

"Dünənki hadisədən sonra o yoxlanılıb və müəyyən edilib ki, həmin şəxs narkotik istifadəçisidir. Yəni qanında narkotik vasitə aşkar edilib".

V.Əsədovun sözlərinə görə, cinayət işi Dəmiryolunda Baş Polis İdarəsində açılıb:

"Hadisə zamanı sərnişinlər müxtəlif xəsarət alıblar. Bir neçə il əvvəl Lökbatan ərazisində də belə bir hadisə baş vermişdi. Yol hərəkəti haqqında Qanunun tələblərinə görə, dəmiryol ilə avtomobil yolunun kəsişməsində konkret tələblər var. Onları mütləq şəkildə yerinə yetirmək lazımdır".

Əgər orada şlaqbaum olubsa, yol bağlı olubsa, sürücü dayanmalı idi. Şlaqbaum yox idisə, sürücü sayrışan işıqları nəzərə almalı idi. Hər bir halda avtobus sürücüsü diqqətli olmalı idi. Belə hesab edirəm ki, istintaq zamanı bütün detallar nəzərə alınacaq və tezliklə hadisəyə hüquqi qiymət veriləcək" - Əsədov əlavə edib.

Əsədov qeyd edib ki, onda olan məlumata görə, hadisə zamanı 40 nəfər xəsarət alıb və 2 nəfər dünyasını dəyişib.

Bu arada, sosial şəbəkələrdə dünən Binə Qala yolunun 34-cü kilometrliyində baş verən qəzanın görüntüləri yayılıb. Video görüntülərdən məlum olur ki, qatar yolunda şlaqbaum endirilməyib, sürücülər yola qatarın yaxınlaşmasından xəbərsiz olublar. Görüntülərdən aydın olur ki, qatar yolu birtərəfli qaydada bağlanıb, yəni yolun bir tərəfində şlaqbaum var, avtobusun hərəkət etdiyi hissədə isə yoxdur.

Hər gün həmin yol ilə gedib-gəldiyini deyən ərazi sakini Mübariz Göyüşov sayta bildirib ki, qatar gələn zaman o yolda olan nəzarətsizlik, laqeydlik insanda acı təəssüf hissi yaradırdı:

"Qatar gələn zaman yolun hər iki hissəsi bağlanmalı olduğu halda ən yaxşı halda bir hissəsi bağlanır, ən pis halda isə ümumiyyətlə bağlanmırdı. Dəmiryolu xəttini keçən zaman düşünürdüm ki, bir gün burada ağır bir faciə yaşanacaq. Kimə üz tuturdun, kimə deyirdinsə, ya laqeyd yanaşırdılar, ya da sadəcə gülümsünürdülər. Nəticəsi və olacağı bu idi".

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova isə sözügedən sayta belə şərh verib ki, yayılan videoda görüntü tam aydın olmadığına görə, şlaqbaumun olub-olmadığı müəyyən edilmir:

"Məsələ tərəfimizdən araşdırılır. Daha keyfiyyətli görüntülər əldə edib, daha ətraflı məlumat veriləcək".

DYP sözçüsü V.Əsədovun 2 nəfərin öldüyünə dair açıqlamasına gəlincə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Sputnik Azərbaycan-a açıqlamasında ikinci ölüm halının qeydə alınmadığını deyib: "Hazırda xəstəxanada 12 nəfər müalicə alır. Dünənki qəzada xəsarət alanlardan 3 saylı Şəhər Klinik Xəstəxanasında 12 nəfər müalicəsini davam etdirir. Onların 5-i reanimasiya şöbəsində yerləşdirilib ki, həmin şəxslərin də 2-sinin vəziyyəti ağırdır. Xəstəxananın travmatologiya şöbəsində 2-si uşaq olmaqla 7 nəfər müalicəsini davam etdirir".

S.Əhmədova onu da bildirib ki, indiyə qədər xəstəxanada 3 xəstə üzərində cərrahiyyə əməliyyatı həyata keçirilib: "Qəza zamanı yaralanan şəxslərdən 6-sı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilmişdi. Onlardan 2-si artıq ambulator yardım alaraq evə buraxılıb. Hazırda KTM-də müalicə edilən 4 xəstədən birinin vəziyyəti ağır (böyrəkləri çıxarılıb), qalanlarının vəziyyəti isə orta ağırdır".

"Elmi Tədqiqat Travmatologiya İnstitutuna yerləşdirilmiş 3 nəfərdən 1-i də ambulator yardım alaraq evə buraxılıb. Qalan iki nəfərin vəziyyəti orta ağırdır. Xəstələrdən birinin çiynində sınıq olduğu üçün onun əməliyyat ediləcəyi gözlənilir" - qurum səlahiyyətlisi əlavə edib.

Xatırladaq ki, dünən Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı marşrutla hərəkət edən 10 TG 106 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə qatar toqquşub. Nəticədə 34 nəfər xəsarət alıb, bir nəfər ölüb. Qeyd edək ki, qəzaya uğrayan yük qatarı Dübəndiyə gedirmiş, onun qoşqusunda 12 boş çən olub.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Konfransda rəhbər şəxslər və ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak edib Bakucity.az xəbər verir ki, paytaxtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib. Konfransda Prezident Administrasiyası, Müdafiə, Gənclər və İdman nazirlikləri, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və P...
Mədəniyyət
Azərbaycan dünyada bu texnologiyanı quraşdırmış sayca 65-ci ölkədir   Bakucity.az xəbər verir ki, iyunun 18-də Barselonada "CineEurope" avropa sərgisində (Barcelona International Convention Centre) kino texnologiyaları üzrə aparıcı CJ 4DPLEX (www.cj4dx.com) şirkəti və “CinemaPlus” kinoteatrlar şəbəkəsi arasında “Dəniz Mall” TM-də yeni 4DX formatlı texnologiyanın quraşdırılmasına dair müqavilə imzalanıb. Azərbaycan dünyada bu texnologiyanı quraşdırmış sayca...
Kriminal
Kultivasiya yolu ilə yetişdirilən narkotik bitkilərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir Daxili İşlər Nazirliyindən Bakucity.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Denis Ardatyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zama...
Cəmiyyət
Bu barədə vəkil Emin İsayev məlumat verib Bakucity.az xəbər verir ki, Elina Hacıyevanın təhsil aldığı məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı cinayət işi üzrə Komission-Ekspertiza yekunlaşıb. Bu barədə vəkil Emin İsayev məlumat verib.  Onun sözlərinə görə, E.Hacıyevanın işi üzrə Komission-Ekspertiza Bakı Şəhər Prokurorluğuna göndərilib.  Vəkil həmçinin qeyd edib ki, E.Hacıyevanın qəbrinin üzərində təhqiredici hərəkətlərin edilməsi...
Hadisələr
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib Bakucity.az xəbər verir ki, iyunun 19-da saat 8 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 60-70 yaşlarında olan qadını vurub. Piyada hadisə yerindəcə ölüb. Məlumat Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilib. Xəzər RPİ tərəfindən araşdırma aparılır. Bakucity.az
Biznes
Adı çəkilən MMC ölkədə siqaret istehsalını həyata keçirir Bakucity.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 272050 mana...
Cəmiyyət
Uşaq pulu ilə bağlı məsələlər barədə millət vəkili məlumat verib Bakucity.az xəbər verir ki, Milli Məclisin komitə sədri Siyavuş Novruzov REAL TV-yə müsahibəsində uşaq pulu ilə bağlı məsələlərin müzakirə olunduğunu deyib. Deputat bildirib ki, Avropa və Asiya ölkələrinin bu sahədəki təcrübələri öyrənilir: "Müzakirələr yekunlaşdıqdan sonra bu məsələlər öz həllini tapacaq".  Bakucity.az
Cəmiyyət
Qızlar Bakının mərkəzində dava edib Bakucity.az xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə bu gün yayılıb. Paytaxtın Nizami küçəsində (Tarqovı) 10-15 qızın iştirakı ilə dava-dalaş olub. Qızların əksəriyyəti hadisəni sakitləşdirməyə çalışıb. (Publika.az) Həmin görüntüləri təqdim edirik: Bakucity.az
Cəmiyyət
Eskalatorların yenidən istismara verilməsi sentyabr ayına planlaşdırılır Bakucity.az xəbər verir ki, “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. Müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. "Bakı Metropoliten" QSC-dən verilən məlumata görə, təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, z...