Bakıda daha bir yol qəzası baş verib

Bakıda  daha bir yol qəzası baş verib

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bakucity.az Report-a istinadən xəbər verir ki, Zaqulba yolu ilə Bilgəh qəsəbəsi istiqamətində hərəkətdə olan "10-TH-113" dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu qarşıda gedən "90-DN-376" dövlət qeydiyyat nişanlı "Mercedes"lə toqquşub.

Nəticədə "Mercedes"in 1994-cü il təvəllüdlü sürücüsü Sarıyev Mərhəmət Məhəmməd oğlu xəsarət alıb.

Avtobus sürücüsünün bildirdiyinə görə, qarşısında hərəkətdə olan "Mercedes" markalı minik maşınının sürücüsü sükan arxasında yatmış vəziyyətdə olub və qəza bu səbəbdən baş verib.

Qəza zamanı xəsarət alan "Mercedes"in sürücüsü aviasiya əməkdaşı olub.

Məlumata görə, 1994-cü il təvəllüdlü Sarıyev Mərhəmət Məhəmməd oğlu Milli Aviasiya Akademiyasını bitirib və hazırda bu sahə üzrə işləyir.

Hadisədən dərhal sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılan M.Sarıyevə ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər