Türkiyəli aktyorlar Bakıya gəlirlər

Türkiyəli aktyorlar Bakıya gəlirlər

Bu gün Nizami Kino Mərkəzində "Milyonluq quş" kinosunun qala gecəsi keçiriləcək

Bakucity.az xəbər verir ki, təqdimat mərasimində türkiyəli aktyorlarla yanaşı yerli məşhurlar da iştirak edəcəklər.

Qeyd edek ki, "Artlemma" film şirkətinin istehsalı olan ekran işinin baş rollarında Türkiyənin populyar sənətçiləri Ufuk Özkan, Mehtap Bayri, Gökçe Özyol və Azərbaycanın tanınmış aktyoru Müşviq Şahverdiyev rol alıb. Həmçinin Arif Quliyev, Nofel Şahlaroğlu, Qurban Məsimov və Teymur Məmmədov da sözügedən filmdə çəkiliblər.

Azərbaycan filmi olan "Milyonluq Quş"un oktyabr ayının 3-ü Nizami kinoteatrında qala gecəsi baş tutacaq. Oktyabrın 4-ündən isə filmsevərlərin ixtiyarına veriləcək.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər