Məktəbəhazırlıq qruplarına qeydiyyat müddəti uzadılıb

Məktəbəhazırlıq qruplarına qeydiyyat müddəti uzadılıb

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi uzadılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi oktyabrın 15-dək uzadılıb.

Bu barədə Bakucity.az-a Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

Fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi və s. kimi  üzürlü səbəblərdən övladını qeydiyyatdan keçirə bilməyən valideynlər bu vaxt ərzində qeydiyyatdan keçə bilərlər. (www.mektebeqebul.edu.az) 

Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəblərdə sənəd qəbulu isə oktyabrın 16-a qədər davam edəcək. Qəbul III, IV, V, VI günlər saat 10:00-dan 16:00-a qədərdir.

Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər