Millət vəkili dəhşətli qəzadan danışdı

V.Əhmədov: "Narkoman nəyə görə avtobus idarə etməlidir?"

"Sürücülər avtobusa həddindən artıq sərnişin yığıb, idarə edirlər" - bu sözləri Unikal.org-a müsahibəsində Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. V.Əhmədov iki gün əvvəl baş verən dəhşətli hadisədən, avtobus sürücülərinin özbaşınalığı və bunu yaradan səbəblərdən də danışıb. 

-Oktyabrın 1-də Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində avtobusda olan 42 sərnişindən 2-si dünyasını dəyişdi, 33 nəfər yaralandı. Sözügedən dəhşətli qəza ilə bağlı fikirlərinizi bölüşərdiniz...

-Çox dəhşətli hadisədir. Mən video görüntünü də izlədim. Hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. Bu hadisədə kimlərin günahı varsa, qanun qarşısında mütləq cəzalandırılacaq. Allah ölənlərə rəhmət, yaralılara şəfa versin. 

-Son illərdə baş verən belə qəzaların artmasına səbəb nədir? 

-Ümumiyətlə, Azərbaycanda qəza hadisələri çoxalıb və nəticədə ölənlərin sayı da kifayət qədərdir. Bu gün ölkəmizdə avtomobillərin sayı həddindən artıq çoxdur. Elə ev var ki, orada 5-6 avtomobil var. Düzdür, yollar son illər müəyyən qədər genişləndirilib, müasir tələblərə uyğun istifadəyə verilsə də, avtomobillərin sayının çox olması tıxaclara, bəzən də qəzalara səbəb olur. 

-Bizdə sürücülərin əksəriyyəti sürücülük vəsiqəsi olmadan avtobusları idarə edirlər. Bunun qarşısını necə almaq olar? 

-Baş verən qəzadan sonra KİV-lərdə oxudum ki, sürücü narkoman olub. Bunlar müəyyən həkim nəzarətində olmalıdırlar. Narkoman nəyə görə avtobus idarə etməlidir? Niyə o adamlar həkim müayinəsindən keçmədən avtobus idarə edirlər? Deməli, burada maddi maraqlar müəyyən adamlar tərəfindən insan həyatından daha üstün tutulur. Bu yolverilməzdir və cinayyət hadisəsidir. Hər bir sürücü avtobusu idarə etməzdən əvvəl həkim müayinəsindən keçməlidir. Çünki sürücü yüzlərlə can daşıyır. Müvafiq qurumlar, xüsusən də Bakı Nəqliyyat Agentliyi bu məsələdə sərt olmalıdır. Bu sahəyə nəzarət edən kifayyət qədər qurumlar (Bakı Nəqliyyat Agentliyi, Nəqliyyat Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyi) yaradılıb. Bunun üçün müəyyən tədbirlər planı işləyib, hazırlanmalıdır. Əks halda belə dəhşətli qəzalar qaçılmaz olacaq. 

-Azərbaycanda bu sahəyə nəzarətin gücləndirilməsi üçün yeni qanunların qəbuluna ehtiyac varmı? 

 -Bu gün qanunvericilikdə nəqliyyatla bağlı kifayət qədər qanunlar var. Bu qanunlara uyğun olaraq sözügedən qurumlar sərnişindaşımaya ciddi nəzarət etməlidirlər. Avtobus sərnişinlə doldu-dolmadı o getməlidir. Bəzən eşidirik ki, sürücü avtobusu saxlayıb, sərnişinin dolmasını gözləyir. Bu nə qayda, nə mexanizimdir? Hansı dövürdə yaşayırıq? Avtobusa həddindən artıq sərnişin yığıb, idarə edirlər. Lazım olan yerdə istədikləri kimi saxlayır, insanların əsəbləri ilə oynayırlar. Belə hallar hər zaman qəzalara gətirib çıxarır. Birdəfəlik buna riayət etmək, sərt olmaq, hansı sürücü qaydalara tabe olmadısa cərimələmək, təkrarlayarsa, onu bu sahədən uzaqlaşdırmaq lazımdır. Bunun üçün də qanun qəbul edilib, cərimələr müəyyənləşib. 

 -Bir neçə il bundan əvvəl Bakıda bütün avtobusların kart sisteminə keçəcəyi, sürücülərin qarşısına qoyulan "plan”nın ləğv ediləcəyi deyildi. Amma nədənsə bu iş ləng gedir...

-Ümumiyətlə sürücülərin qarşısına "plan” qoymaq düzgün deyil. Yuxarıda qeyd etdiyim kimi, sürücü bu planı vermək üçün avtobusla istədiyi kimi hərəkət edir, istədiyi vaxt avtobusu saxlayıb, sərnişin götürür və sonda da belə hadisələr qaçılmaz olur. Avtobus sürücülərindən qarşısına plan qoyulmamalıdır. Qeyd-şərtsiz avtobuslar kart sisteminə keçirməlidir. Planı qoyurlar sürücü də bunu ödəmək üçün hər cür qanunsuzluğa yol verir. Bəzən də sürücülər daha çox qazanmaq üçün bir-birləri ilə yarışırlar. Nəticəsi də ağır olur. Belə olan yerdə sürücü heç vaxt yaxşı xidmət göstərə bilməz!. Amma biz nə görürük?Sürücü gündəlik planı ödəyirsə, işləyir, ödəyə bilmirsə, işdən azad olunur. Sürücü qayda pozuntusuna görə deyil, planı ödəyə bilmədiyi üçün işdən azad olunur. Bu da səhv addımdır. Bakı Nəqliyyat Agentliyi, hüquq-mühafizə orqanları bu məsələlərə cəlb edilməldir ki, işlər daha çevik görülsün. Bu gün Azərbaycana müasir tələblərə uyğun kifayət qədər avtobuslar gətirilib. Bu sahəyə nəzarət edən məhsul şəxslər işlərində məhsuliyyətli olmalıdır. Paytaxt üzrə bu məsələlərə cavabdeh qurum Bakı Nəqliyyat Agenliyidir və onlar da buna ciddi nəzarət etməlidirlər.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəfə aldığı və iyul təxribatında 76 yaşlı insanın öz həyətində qətlə yetirildiyi bildirilib. "BMT Baş katibinin qlobal atəşkəsə riayət olunmasına dair çağırışına Azərbaycanın guya ki, məhəl qoymaması barədə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ənənəvi iddiaları əsassızdır".  BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Qara Dən...
Mədəniyyət
Sentyabrın 24-də Bakının Nərimanov rayonu ərazisindəki evində qətlə yetirilən Tahir Tağıyevin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub. BakuCity.az xəbər verir ki, T.Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub. T.Tağıyev polis polkovniki olub və bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Məlumata görə,...
Cəmiyyət
"Qapalı şəraitdə toy etmək olar". Azərbaycanda yoluxmanın kontrolda saxlanılması oktyabrın 1-də başa çatacaq xüsusi karantin rejiminin uzadılmaması, toylarla bağlı qadağanın aradan qaldırılması kimi məsələləri gündəmə gətirir. BakuCity.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev toylarla bağlı icazənin mümkün olduğunu deyib: "Xüsusi karantin rejimin yeni...
Cəmiyyət
1147 nömrəli Fərmanın icrası barədə sərəncam imzalanıb. Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 avqust tarixli 1147 nömrəli Fərmanının icrası...
Kriminal
Korrupsiyaya qarşı tədbirlər davam etdirilir. Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir. BakuCity.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, belə tədbirlərdən biri də, Azərbaycan Respublikası Auditorlar Palatasının...
Ekologiya
Bakıda sentyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil...
Cəmiyyət
İri ticarət obyektləri və şadlıq sarayları açılacaq? "Sentyabr ayı sona yaxınlaşdıqca, ən çox soruşulan məsələlərdən biri də karantin rejiminin uzadılıb-uzadılmaması və eləcə də sentyabrdan xidmət və icitmai iaşə obyektlərinin fəaliyyətinin davam etməsi ilə bağlıdır. Epidemioloji vəziyyətdən asılı olaraq növbəti qərarların veriləcəyi gözlənilsə də, iqtisadiyyatın mərhələli açılımının davam etdirilməsi daha məqsədəuyğundur”. BakuCity.az xəbər verir ki, bu f...
Cəmiyyət
"COVID-19 peyvəndi ilə insanları çipləşdirmək şayiədir, elmi əsası yoxdur”. BakuCity.az xəbər verir ki, bunu TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan "Diqqət mərkəzi” verilişində deyib: "Çipləşdirmə məsələləri artıq modern dünyanın bir istiqamətinə çevrilib. Yəqin insanlar onun üzərindən belə fikirləşirlər. Hətta insanlar könüllü şəkildə gedib uşaqlarını və özlərini çipləşdirirlər. Ancaq çox təəssüf ki, insanlar...
Kriminal
“BP-Azərbaycan” şirkətində işləyən əri Araz Sofiyevi öldürməkdə təqsirli bilinən Rəna Sofiyevanın məhkəməsi başlayır. BakuCity.az xəbər verir ki, ötən ilin iyulunda törədilən qətlin cinayət işi üzrə istintaq yekunlaşaraq iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək. İlkin hazırlıq iclasının vaxtı təyin olunmayıb. 2019-cu il iyulun 7-də gecə saat 03 radələrində Suraxanı rayonun...