Bakı metrosunda gənc qızdan çağırış – “Qorxmayın, qorxutmayın”.

Bakı metrosunda gənc qızdan çağırış – “Qorxmayın, qorxutmayın”.

Cəmilə Məmmədli fiziki imkanları məhdud olan insanlara səslənib

Bakucity.az xəbər verir ki, videonu fiziki imkanları məhdud olan gənc xanım Bakı metrosunda çəkdirib. Görüntülərdəki xanım adının Cəmilə Məmmədli olduğunu bildirib.

Məlumatı Baku.ws yayıb.

Gənc xanım Bakı metrosundan rahat istifadə etdiyini bildirib.

“İlk dəfə metrodan Türkiyədə istifadə etmişəm. Lifti var idi və çox rahat idi. Bu gün həyatımda ilk dəfə Azərbaycanda metrodan istifadə etdim. “Həzi Aslanov” stansiyasından “Gənclik” stansiyasına qədər gəldim. Eskalator və pilləkənlərdə kömək etdilər”, - deyə Cəmilə Məmmədli bildirib.

Gənc xanım bildirib ki, Bakı metrosundan istifadə etmək çətinlik yaratmayıb. Cəmilə Məmmədli özü kimi fiziki imkanları məhdud olan insanlara da səslənib.

“Nə yalan deyim, düşündüyümdən daha asan oldu. Təbii ki, lift və ya başqa qurğu olsaydı, heç kəsə ehtiyacım olmazdı. Yanımda olan Rəfiqəmə də xüsusi təşəkkürlər. Həmçinin, bütün kömək edənlərə sağol deyirəm.

Özümün valideynləri də başda olmaqla bütün əlilliyi olan insanların valideynlərinə və özlərinə "qorxmayın, qorxutmayın" deyirəm”.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər