Novxanıda ağır qəza baş verib

Novxanıda ağır qəza baş verib

Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

DİN-dən Bakucity.az-a verilən məlumata görə, oktyabrın 2-də saat 10 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi "İSUZU” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurub. Nəticədə onlar hadisə yerində ölüblər.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər