Binə qəsəbəsində baş vermiş qəzanın növbəti videogörüntüsü yayılıb

Binə qəsəbəsində baş vermiş qəzanın növbəti videogörüntüsü yayılıb

160 saylı xətt avtobusunun elektrovozla toqquşması ilə bağlı videogörüntüsü yayımlanıb

Bakucity.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsi Xəzər rayonunun Binə qəsəbəsində “Daewoo” markalı 160 saylı xətt avtobusunun qorunan keçiddə hərəkətdə olan elektrovozla toqquşması ilə bağlı videogörüntünü Azərtac-a təqdim edib.

Xatırladaq ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişin xəsarət alıb, 2 nəfər həlak olub.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər