Bakıda ən yüksək əməkhaqqı alanlar

Bakıda ən yüksək əməkhaqqı alanlar

Bakıda ən yüksək əmək haqqını alanların siyahısı açıqlandı

Bakıda 2018-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 1,5 faiz artaraq 789,9 manat olub.

Bakucity.az-ın məlumatına görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Ən aşağı əmək haqqını isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilər alıblar.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər