Bakıda avtomobil tunelə "uçdu"

Bakıda avtomobil tunelə "uçdu"

Heydər Əliyev prospektində avtomobil tunelə düşdü

Bakucity.az xəbər verir ki, bu gün səhər saatlarında Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində dəhşətli avtomobil qəzası baş verib. Şəhər istiqamətində hərəkət edən "Kia Cerato" markalı avtomobil bardürü aşaraq "Bazarstore" yaxınlığında tunelə "uçub". Hadisə yerinə Dövlət yol polis əməkdaşları cəlb edilib. 

Şahidlərin sözlərinə görə, avtomobildə sürücüdən başqa heç kim olmayıb. O, sərnişinlərin köməyi ilə maşından çıxarılıb.

Bakucity.az

Bakıda avtomobil tunelə "uçdu", fotoşəkil-1 Bakıda avtomobil tunelə "uçdu", fotoşəkil-2 Bakıda avtomobil tunelə "uçdu", fotoşəkil-3
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər