Bakıda yanğın: Zəhərlənən var

Bakıda yanğın: Zəhərlənən var

Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyindən Bakucity.az-a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 150 m2 olan 4 otaqlı mənzilin mətbəxində mebel və alçipandan ibarət tavan 10 m2 sahədə yanıb.

Yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər