Konfransın mövzusu “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə”dir
Bakucity.az xəbər verir ki, “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları Institutunun birgə təşkilatçılığı ilə keçiriləcək.
Beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanınmış hüquqşünasları eləcə də, Rusiya, Türkiyə, Avropanın nüfuzlu hüquqşünasları iştirak edəcəklər.
Konfrans oktyabrın 8-də saat 10:00-da Holiday İnn Hotelində baş tutacaq.
Bakucity.az