Azərbaycanda yüksək vəzifəyə yeni təyinat

Azərbaycanda yüksək vəzifəyə yeni təyinat

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub

Bakucity.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin edilib.

L. Abdullayeva 2002-ci ildən XİN-də çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycanın NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər