Dünən baş verən dəhşətli hadisənin yeni görüntüsü yayılıb

Dünən baş verən dəhşətli hadisənin yeni görüntüsü yayılıb

Dəhşətli hadisənin görüntüsü binanın təhlüksizlik kamerasına düşüb

Bakıda xadimə işləyən qadın lift şaxtasını təmizləyərkən qırılan liftin altında qalıb. 37 yaşlı Mahirə Yusifova elə yerindəcə dünyasını dəyişib. Dəhşətli hadisənin görüntüsü binanın təhlüksizlik kamerasına düşüb.

Nəsimi rayon prokurorluğunun əməkdaşlarının verdiyi məlumata görə, araşdırma zamanı məlum olub ki, səhər saatlarında binanın liftində nasazlıq yaranıb. Binaya nəzarət edən komendant Sultanməcid Əzizov usta çağıraraq lifti təmir etdirmək istəyib.

Hadisə nəticəsində dünyasını dəyişən qadın 37 yaşlı Mahirə Yusifova olub. Əslən Qəbələdən olan ailə bir neçə ildir ki, Bakıda kirayədə yaşayırmış.

Hadisədən sonra binanın komendantı və usta Nəsimi rayon prokurorluğuna aparılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə dünən günorta saatlarında, paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 44a ünvanında baş verib. Hadisə anı anbaan binanın blokunda olan təhlükəsizlik kamerasına düşüb.

Daha ətraflı videomaterialı təqdim edir:

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər