"Bakmil" stansiyası müvəqqəti bağlanır

"Bakmil" stansiyası müvəqqəti bağlanır

Sabahdan “Bakmil” stansiyasına giriş-çıxış müvəqqəti məhdudlaşdırılır

Bu barədə Bakucity.az-a Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədov bildirib ki, "Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirləri çərçivəsində oktyabr ayının 6-dan etibarən günün müəyyən saatlarında stansiyaya giriş-çıxış müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq: "Sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər. Bu məhdudiyyətlər 2018-ci il avqust ayının 8-dən mərhələlərlə tətbiq edilir. Məqsəd stansiya ərazisində təmir işlərini aparan işçilərin təhlükəsizliyinin təmin edilməsidir və zərurət məhz bu tələbdən yaranıb".

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər