Bakı metrosunda hərəkət dayandı, qatar tuneldə qaldı

Bakı metrosunda hərəkət dayandı, qatar tuneldə qaldı

Bakı metrosunda hərəkət dayandı, qatar tuneldə qaldı – RƏSMİ AÇIQLAMA

Bakıucity.az xəbər verir ki, Bakı metrosunda “Qara Qarayev”-“İçəri Şəhər” istiqamətində hərəkət edən qatarda  texniki nasazlıq yaranıb. 

“Bakı Metropoliteninin” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Qara Qarayev stansiyasında qatarda baş verən texniki nasazlıq üzündən qatarların hərəkətində problem yaranıb. 7-8 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Lakin təhlükəsizlik baxımından qatar texniki baxış üçün depoya göndərilib. Buna görə də bütün qatarların hərəkətində gecikmələr olub. Nəticədə stansiyalarda sıxlıq yaranıb. Qatarda qalan insanların vəziyyətinə gəlincə, heç bir qanqaraçılıq müşahidə olunmayıb”.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər