“Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası keçirilir

“Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası keçirilir

Yarmarkada ümumilikdə 40-a yaxın müxtəlif şirkət və qurum təmsil olunur

Formula 1 yarışlarının Azərbaycanda təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti və Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”ın) birgə təşkilatçılığı ilə “Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası keçirilir.

Bakucity.az xəbər verir ki, yarmarkada ümumilikdə 40-a yaxın müxtəlif şirkət və qurum təmsil olunur.

Əməliyyat Şirkətinin İnsan resursları və işçi qüvvəsi şöbəsinin müdiri İranə Əhmədova gənclər inkişafında Bakı Şəhər Halqası Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib.

Bildirib ki, yarmarkanın keçirilməsində məqsəd gənclərin yerli şirkətlərlə əlaqə yaratmaq və CV-lərini birbaşa şirkətlərə təqdim etmək, karyera qurmaq istiqamətində fəaliyyətlərinin düzgün planlaşdırılması üçün təcrübə proqramları, işə qəbul prosesləri ilə tanış olmaqdır.

Bakucity.az

“Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası keçirilir, fotoşəkil-1 “Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası keçirilir, fotoşəkil-2 “Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası keçirilir, fotoşəkil-3 “Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası keçirilir, fotoşəkil-4 “Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası keçirilir, fotoşəkil-5 “Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası keçirilir, fotoşəkil-6 “Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası keçirilir, fotoşəkil-7 “Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası keçirilir, fotoşəkil-8
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər