Məsut Özil Bakıya təşəkkür etdi

Məsut Özil Bakıya təşəkkür etdi , Javid

Onun meydana çıxması azarkeşlərin alqışı ilə qarşılanıb

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Bakıda “Qarabağ”la qarşılaşan  “Arsenal”ın futbolçusu Məsut Özil görüşdən sonra sosial şəbəkə vasitəsi ilə Azərbaycana təşəkkür edib.

Qol.az-ın xəbərinə görə, türk əsilli almaniyalı yarımmüdafiəçi Tvitter səhifəsində yazıb: "Bu axşam çox isti qarşılanma... Təşəkkürlər, Bakı Olimpiya Stadionu!"

Qeyd edək ki, Özil 3:0 hesabı ilə qalib gəldikləri oyunun 65-ci dəqiqəsində meydana daxil olub. Onun meydana çıxması azarkeşlərin alqışı ilə qarşılanıb.

Bakucity.az

Məsut Özil Bakıya təşəkkür etdi , fotoşəkil-1
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər