Flora Kərimovaya qadağa qoyulub

Flora Kərimovaya qadağa qoyulub

Xalq artistinə həkim nəzarəti tətbiq olunur

Öz bənzərsiz ifaları ilə xalqın sevgisini qazanan xalq artisti Flora Kərimovanın uzun müddətdir efirlərdə canlı ifalar səsləndirmədiyi deyilir. Buna səbəb kimi sənətkarın əməliyyat keçirməsi göstərilir. Bildirilir ki, həkim xalq artistinə canlı oxumağı qadağan etdiyi üçün o, son vaxtlar səhnələrdən uzaq qalıb.

Məsələ ilə bağlı Kult.az-a danışan F.Kərimova bildirib ki, hazırda müalicəyə davam edir.

“Diapazonum yerində olsa da, çevikliyi yox idi. Boğazımdan əvvəl bədənim müalicədən keçməli idi. Hazırda ümumi müalicəmi həkim Emin Məmmədov, boğazımın müalicəsini isə Rauf həkim aparır. Nəticəsini də görürəm”.

Xalq artisti gələcək planlarından da bəhs edərək, sevənlərinə şad xəbər verib:

“Bəstəkar Sevinc Tofiqqızı baş çəkmək üçün yanıma gəlmişdi. Məndən mahnısını oxumağımı xahiş elədi. Hazırda müalicə aldığıma görə Sevinc xanımdan 1 ay möhlət istədim. Sağlıq olsun, gözəl mahnılarla tezliklə pərəstişkarlarımın qarşısına çıxacam”.

Qeyd edək ki, F.Kərimova 2014-cü ildə boğazından əməliyyat olunub.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər