Bakıda liftin nəyə görə qadının başına düşdüyü məlum oldu - TƏFƏRRÜAT

Bir nəfər şübhəli qismində istintaqa cəlb olunub

Bakucity.az-ın xəbərinə görə, 4 Oktyabr tarixində Bakıda Nəsimi rayon ərazisində, 44 A ünvanında yerləşən binada baş verən faciəvi hadisənin təfərrüatları bəlli olub. 

Nəsimi rayon prokurorluğundan verilən məlumata görə, binadakı liftin qırılaraq xadimə kimi çalışan qadının başına düşməsi nəticəsində qadın yerindəcə həlak olub. 

Artıq faciənin hansı səbəbdən baş verdiyi dəqiqləşib. Araşdırmalar nəticəsində aşkarlanıb ki, 2016-cı ildə istismara verilən liftin trosları nasaz vəziyyətdə olub. “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri Soltanməcid Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədiyi müəyyənləşdirilib. Belə ki, Əzizov liftin təmiri üçün peşəkar mütəxəssisləri dəvət etmək əvəzinə, bu sahədə heç bir təcrübəsi olmasa da, özü liftin troslarını dəyişmək qərarına gəlib. Nəticədə də o, texniki xətalara yol verib. 

Sonra o, binada xadimə kimi çalışan M. Yusifovadan liftin şaxtasına yığılan tör-töküntünü yığışdırmağı tapşırıb. Özü isə təmiri davam etdirmək məqsədiylə lifti çalışdırıb. Elə bu zaman troslarında nasazlıq olan lift böyük sürətlə aşağıya düşüb. Nəticə etibarilə də şaxtada çalışan xadimə liftin altında qalaraq faciəvi şəkildə həlak olub. 

Fakt barəsində Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

S.Əzizov isə iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
358 reviews oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan  verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik davam edir: "Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur. Bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir. Sürüşmənin sol hissəsindəki t...
Cəmiyyət
Çökən yol şirkət tərəfindən bərpa olunur Bakucity.az xəbər verir ki, dünən Səməd Vurğun küçəsində yolun çökən hissəsinin bərpasına artıq başlanılıb. Bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib: "Bərpa işləri ötən gecədən başlayıb. Hazırda hadisə yerində işlər gedir. Bərpa işləri tikinti şirkəti tərəfindən aparılır. Çökən yerə yeni topraq qatı gətirilib, boş olan yerlər doldurulur. Yol düzəldik...
Hakimiyyət
Baş nazir Novruz Məmmədovun tapşırıq verdi. Bakucity.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun qərarına əsasən, Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib və onun dövlət qulluğuna xitam verilib. Baş nazirin digər qərarı ilə Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən azad edilib. Qərarla onun da dövlət qulluğuna xitam verilib. Bakucity.az
Cəmiyyət
Bakucity.az repetitor xidmətləri barədə araşdırmanı təqdim edir Buraxılış imtahanlarını uğurla vermək və universitetə daxil olmaq üçün məktəbdə keçilən dərslər çox vaxt yetərli olmur. Ümumiyyətlə, məktəb illərində öyrədilən materialı təkbaşına əxz eləmək də asan məsələ deyil. Bəzən şagirdlər heç hardan başalayacaqlarını da bilmirlər. Ona görə də bir çoxları özəl müəllim xidmətlərinə müraciət edirlər. Bakucity.az saytı bu dəfə oxuculara Bakıda repetitor xid...
Cəmiyyət
BŞİH qərar verdi: bu qurumun fəaliyyəti dayandırıldı Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki təmizlik İdarəsinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı göstəriş verib. Bu barədə məlumatı Unikal.org saytı paylaşıb.  Verilən məlumata görə, Sabunçu rayonunun Balaxanı q...
Cəmiyyət
Hava günəşli və isti olacaq Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 19-22, Bakıda gecə 1...
Cəmiyyət
Ümumilikdə 12 qadına ziyan dəyib Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə qadınların çantalarından oğurluq edən şəxs saxlanılıb. Bu barədə Bakucity.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayından oktyabrın 16-dək olan müddətdə rayon...
Mədəniyyət
26-30 oktyabr tarixlərində Bakıda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək Bakucity.az saytı xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya”...
Cəmiyyət
Havanın temperaturu 19-22 dərəcə isti təşkil edəcək Bakucity.az xəbər verir ki, Oktyabrın 18-i gündüz saatlarında Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-i gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayi...