Hava şəraitinin sabitləşəcəyi vaxt açıqlandı

Hava şəraitinin sabitləşəcəyi vaxt açıqlandı

Umayra Tağıyeva məlumat yayıb

Bunu Bakucity.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyininin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, oktyabrın 8-i və 9-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, mülayim keçəcəyi gözlənilir:

“Havanın temperaturu bu günlə müqayisədə tədricən yüksələcək. Bakıda və Abşeron yarımadasında maksimal temperatur 25 dərəcəyə yaxın olacaq. Paytaxtda mülayim cənub istiqamətli külək əsəcək”.

Umayra Tağıyeva qeyd edib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 8-i və 9-da yağıntı gözlənilmir.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər