Hacıbala Abutalıbova yeni vəzifə verildi

Hacıbala Abutalıbova yeni vəzifə verildi

Qərarı Baş nazir Novruz Məmmədov imzalayıb

Nazirlər Kabineti Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin siyahısında dəyişiklik edib.

Bakucity.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, baş nazirin keçmiş müavini Abid Şərifov Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədrliyindən çıxarılıb. Həmin vəzifəyə baş nazirin müavini Hacıbala Abutalıbov təyin olunub. 

Bundan başqa, təhsil nazirinin müavini Firudin Qurbanov komissiya üzvlüyündən azad olunub. Təhsil naziri Ceyhun Bayramov isə komissiya üzvlərinin siyahısına daxil edilib. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər