Bakı hava limanı dünyanın ən gözəl aeroportları arasında - REYTİNQ

Bakı hava limanı dünyanın ən gözəl aeroportları arasında - REYTİNQ

Heydər Əliyev adına Bakı hava limanı dünyanın ən gözəl aeroportları arasında göstərilib

Bakucity.az-ın verdiyi xəbərə görə, ABŞ-ın nüfuzlu "Curbed.com" daşınmaz əmlak şirkəti dünyanın ən gözəl hava limanları arasında Bakı aeroportunu 14-cü sırada göstərib. Şirkətin saytında Bakı hava limanı haqqında bu sözlər yazılıb: 

"Azərbaycanın paytaxt şəhərində yerləşən Heydər Əliyev adına beynəlxalq aeroport terminalı nəhəng taxta baramalarla bəzədilib, dizaynı Türkiyənin memarlı şirkəti olan "Autoban" həyata keçirib.

Çökük şüşə divarlardan işıqlar süzülür, hər bir barama evdə isə kafelər, barlar, mağazalar və uşaq bağçası kimi ecazkar məkanlar yer alır... 

Aeroport hər il 5 milyondan çox sərnişini qəbul etmək iqtidarındadır".

Curbed.com-un siyahısında həmçinin Denver, Madrid Baraxas, Kansai, Pekin Kapital kimi hava limanları yer alıb. Dünyanın ən gözəl aerportlarının arasında ilk sırada isə Samui Beynəlxalq hava limanı göstərilib. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər