Bakıda faciə: qardaş qardaşı öldürdü

Bakıda faciə: qardaş qardaşı öldürdü, Javid

Hövsanda 20 yaşlı oğlanın meyiti tapılıb.

Bakucity.az-ın publika.az-a istinadən xəbərinə görə, dünən axşam saatlarında Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun savxozu adlanan ərazidəki həyət evindən 20 yaşlı Kərimov Ədil Xaləddin oğlunun meyiti tapılıb.

Məlum olub ki, gənc oğlan kürəyindən aldığı ağır bıçaq zərbəsindən keçinib. Belə ki, kürək nahiyəsindən döş qəfəsinə daxil olan kəsici alət 20 yaşlı Ədilin ürəyini zədələyərək onun ölümünə səbəb olub.

İlkin araşdırmalar zamanı məlum olub ki, gənc oğlanı doğma qardaşı Ağamalı Kərimov bıçaqlayıb. O, tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb.

Hadisənin səbəbləri araşdırılır.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər