"Neftçi" Premyer Liqada ilk dövrəni vahid lider kimi başa vurub

"Neftçi" Premyer Liqada ilk dövrəni vahid lider kimi başa vurub

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib

"Report"un məlumatına görə, "Neftçi" "Bakcell Arena"da debütant "Sabah"ı qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Orxan Məmmədovun idarə etdiyi görüşdə hesabı 9-cu dəqiqədə Emin Mahmudov açıb. 62-ci dəqiqədə Qoran Paratski yekun nəticəni müəyyənləşdirib. 76-cı dəqiqədə isə Slavko Braliç ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Bu qələbə sayəsində xallarını 19-a çatdıran "Neftçi" I dövrəni vahid lider kimi başa vurub. 10 xalı olan "Sabah" "Səbail" və "Sumqayıt"la birgə 3 -5-ci yerləri bölüşdürür.

Turun əvvəlki oyunlarında "Zirə" "Qəbələ"ni 1:0, "Səbail" "Sumqayıt"ı 2:0 hesabı ilə yenib. "Keşlə" - "Qarabağ" matçı isə təxirə salınıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər