Bakıda aptekə hücum: quldur kameralara düşdü

Bakıda aptekə hücum: quldur kameralara düşdü, Javid

Bakıda aptekin kassa aparatını soyan şəxs müşahidə kamerasına düşüb

Bakucity.az Sputnik-ə istinadən xəbər verir ki, Bakıda naməlum şəxs aptekin kassasını "təmizləyib". Aptekə növbəti quldur basqını Bakının Nizami rayonu ərazisində qeydə alınıb. Bu barədə Azərbaycan-a Nizami Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, ötən gecə naməlum kişi Qara Qarayev prospektindəki 107 saylı binada yerləşən aptekə daxil olub. Quldur ticarət obyektinin işçisi, 1986-cı il təvəllüdlü Qurbanov Mahir Hüseyn oğluna bıçaqla hücum edib.

Soyğunçu Qurbanovu hədələyib ki, əgər kassadakı pulların hamısını ona verməsə, onu doğrayacaq. Lakin quldurun ovu elə də böyük olmayıb. Ona cəmi 180 manat pul çatıb. Cinayətkar pulu götürərək aradan çıxıb. Hazırda Nizami RPİ-nin 24-cü polis bölməsinin əməkdaşları şübhəli şəxslə bağlı araşdırma aparır.

Sadəcə o məlumdur ki, şübhəli şəxs prospektdə quraşdırılmış müşahidə kameralarına düşüb. Bu, cinayətkarın qısa müddətdə müəyyən edilməsinə yardım edəcək.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər