Bakıda yollarda torlar salınacaq: Tıxaclara qarşı zərbə

İlk sarı kəsişmə toru  S.Vurğun və A.Bakıxanov küçələrində təşkil ediləcək.

Paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə daha bir yenilik tətbiq ediləcək. 

BNA-dan Bakucity.az-a verilən məlumata görə, mütəxəssislərin hazırladığı layihəyə əsasən, yol kəsişmələrində sarı kəsişmə torunun təşkilinə başlanılıb.

Pilot layihə olaraq, ilk sarı kəsişmə toru S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində təşkil ediləcək. Sonrakı mərhələdə isə sarı kəsişmə torunun şəhər mərkəzini əhatə edən, eyni zamanda, tıxacların və nəqliyyat sıxlığının müşahidə edildiyi 74 yol kəsişməsində də təşkili nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, sarı kəsişmə toru yol kəsişməsində nəqliyyatın kilidlənməsinin qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır. Onlar, adətən, iki və daha artıq yolun kəsişməsində, bəzi hallarda dairələrdə, yanğın söndürmə, təcili yardım stansiyalarının qarşısında yerləşdirilir.

Sarı kəsişmə toru yollarda nəqliyyat axınının fasiləsizliyini təmin etməyə və ləngimələri azaltmağa xidmət etməklə yanaşı, insanlara yol hərəkəti qaydalarına daha ciddi riayət etməyə və lazımsız cərimələrdən yayınmağa yardım edir.

Bu nişanlanma yolayrıcında hərəkət hissələrinin kəsişmə yerinin (yerlərinin) konfiqurasiyasına uyğun olaraq sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur. Nəqliyyat vasitəsi sarı kəsişmə toruna o vaxt daxil ola bilər ki, onun çıxışı açıq olsun və sarı qutunu dayanmadan tərk etmək üçün torun digər tərəfində kifayət qədər yer olsun. Sola dönmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn nəqliyyat vasitəsinə mane olmamaq şərtilə sarı qutunun içərisində dayanmaq olar.

Sarı kəsişmə toru 1967-ci ildə Londonda uğurla sınaqdan keçirilib və bu gün Avropanın bir çox ölkələrində, ABŞ-da və bəzi Asiya ölkələrində tətbiq edilir.

Azərbaycan Respublikasının Yol hərəkəti haqqında qanununun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.

Hal-hazırda qeyd edilən nişanlanmanın Azərbaycan Respublikasında qüvvədə olan müvafiq normativ aktlara əlavə edilməsi üçün təklif layihəsi BNA tərəfindən aidiyyəti qurumlara göndərilib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1423 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Məqsədi milli brendi yaratmaqdır.
Master-klassın məqsədi milli brend yaratmaqdır Bakucity.az xəbər verir ki, Bakıda qısa saç kəsimi üzrə “nəzəriyyə-təcrübə” adlı üç günlük master-klass keçirilib. Layihənin təşkilatçısı "Daraq" brendidir.  Təşkilatçıların sözlərinə görə,  uzun müddət layihəyə hazırlıq gedib və onlar diqqətlə yanaşaraq heç bir nüansı nəzərdən qaçırmamağa çalışıblar. Hər bir belə tədbirdə təşkilatçıların həyata keçirməyə çalışdıqları xüsusi məqsəd olur. Lazım olan stili yarat...
Cəmiyyət
Yaralı xəstəxanaya çatdırılsa da, xilas etmək mümkün olmayıb Bakucity.az xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində - Zabrata gedən yolda “İsuzu” markalı 90 JA 101 dövlət qeydiyyat nişanlı avtobus yolu keçməyə çalışan yaşlı qadını vurub. Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılıb və orada keçinib.  Araşdırmalar zamanı məlum olub ki, ölən qadın paytaxt sakini, 1955-ci il təvəllüdlü Valentina Mişkininadır.  Faktla bağlı cinayət işi açılı...
Cəmiyyət
Sürücü və piyadalara xəbərdarlıq edilib “Hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçıları – piyada və sürücülər yollarda diqqətli olmaqla yanaşı, həssas olmalıdır. Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam tez qaralması hərəkət iştirakçılarının görmə qabilliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmaqla ictimai təhlükəsizliyin etibarlı olmasına çalış...
Hakimiyyət
Eldar Əzizov struktur islahatlarına başlayıb Bakucity.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov struktur islahatlarına başlayıb.  Bunu da oxu: Bakıda təbii qazın limitiylə bağlı qərar verildi Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki departament və idarə statusunda 3 təşkilat ləğv edilib.  Həmin təşkilatlarda çalışan əməkdaşlara hələ İcra Hakimiyyətinin tabeliyindəki digər təşkilatlarda işlə təmin olunub-olunmayacaqları bild...
Cəmiyyət
Bütün abonentlərə yeni limit veriləcək. Bakucity.az xəbər verir ki, 2018-ci ildə olduğu kimi 2019-cu ilin yanvar ayının 1-də qaz sərfiyatıyla bağlı bütün abonentlərə yeni limit veriləcək. Bunu da oxu: Bakıda Şaxta baba və Qar qız olmaq üçün rüsum açıqlandı Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev bildirib ki, qeyd olunan tarixdən etibarən əhalinin illik istehlak həcminin 1700 kubmetri 1...
Mədəniyyət
Vaqif Mustafazadənin müəllifi olduğu əsərlər səsləndirilib Bakucity.az xəbər verir ki, dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim edilib. Tədbir Vaqif Mustafazadə adına Xeyriyyə Fondu və Mədəniyyət Nazirliyi tərəfindən gerçəkləşib. Konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adı...
Mədəniyyət
Elios Azule “Hər şey musiqidir” kitabını təqdim edib Bakucity.az xəbər verir ki, dekabrın 18-də Bakı Kitab Mərkəzində Fransanın tanınmış bəstəkarı, novator klarnetçi və yazıçı Elios Azule ilə görüş keçirilib.  Bəstəkar “Hər şey musiqidir” (“Tout est musique”) adlı kitabını oxuculara təqdim edib və kitab haqqında açılama verib. Həmçinin o, klarnetdə ifa etməyin müxtəlif üslublarını göstərib və bir neçə populyar caz musiqi əsərlərdən parçalarla görüşə gələnl...
Biznes
Bu rüsumu ödəyən cütlük fəaliyyət göstərə bilər Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə fəaliyyət göstərəcək Şaxta baba və Qar qız cütlüyünün sifariş qiyməti müəyyənləşib. Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən məlumat verilib. Məlumatda bildirilib ki, Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün qiymətlər keçən ildəkindən fərqlənmir: "Şaxta baba və Qar qız i...
İdman
Müqavilənin vaxtı 2019-cu il fevralın 7-də bitir Bakucity.az xəbər verir ki, "Neftçi” komandasının futbolçusu Lorenzo Mezzotero ilə bağladığı müqavilənin müddətini uzadıb.  Müqavilənin vaxtı 2019-cu il fevralın 7-də bitir.  11 yaşlı hücumçu Lorenzo 2022-ci il fevralın 7-dək flaqmanın oyunçusu olacaq. İtaliyalı oyunçu 3 il müddətində "Neftçi”dən başqa heç bir klubda çıxış edə bilməz. L.Mezzotero 2017-ci ildən "Neftçi”də oynayır.   Bakucity.az