Kanadalılar Bakını özlərinə nümunə göstərirlər

"Vankuverdən fərqli olaraq, Bakı muzeylər şəhəridir"

Kanadanın nüfuzlu "Vancouver Courier" qəzetində Azərbaycan paytaxtı Bakı şəhəri haqqında məqalə dərc edilib. Məqalədə müəllif Maykl Gellerin Bakı səfəri barədə təəssüratları yer alıb. Geller Bakını Kanadanın məşhur şəhərlərindən biri olan Vankuverlə müqayisə edir və müəyyən xüsusiyyətlərinə görə, Bakının Vankuverdən üstün olduğunu bildirir, bu üstün xüsusiyyətlərdən biri də müəllifin fikrincə, Azərbaycan paytaxtının möhtəşəm muzeylərlə zəngin olmasıdır. 

Məqalənin girişində müəllif əvvəlcə onu Bakıya cəlb edən səbəbləri sadalayır. Ölkənin ekzotik adı, müxtəlif məkanlarda gördüyü Bakını əks etdirən təsvirlər və ölkənin zəngin tarixi onun Bakını ziyarət etməsinə səbəb olubmuş. Bu girişdən sonra Geller Bakıda gördüklərini təsvir etməyə başlayır: 

"Əsrlər boyunca bu şəhər qala səddiylə əhatə olunmuş İslam orta əsr şəhərindən əvvəlcə mərkəzi zəngin neft baronların tikdirdiyi ecazkar binalara, sonra cansıxıcı Sovet memarlığına, bunun ardınca isə bugünkü heyratamiz müasir dizaynlı şəhərə doğru transformasiya edib.

Şəhər mərkəzində gəzərkən, mən onu Vankuverdə baş verənlərlə müqayisə etməyə bilmirdim. Bakıda tikililərin qeyri-adi sıralanması var, Vankuverdə isə çoxları yeni duplekslərin şəhərin görünüşünü korlayacağından möhkəm narahatlıq keçirirlər...

Metro Vankuverlə eyni miqyasda olan bu şəhərdə məni heyrətləndirən məqamlardan biri də Bakının muzeylərlə zəngin olması idi. Sözün həqiqi mənasında Bakı muzeylər şəhəridir, bunlara misal kimi çörək, tarix, müasir incəsənət, etnologiya, ədəbiyyat (hətta birisi miniatür kitablara həsr olunub), adət-ənənə, tibb, kənd-təsərrüfatı və yenicə istifadəyə verilmiş bükülmüş xalça şəklində dizayn edilmiş xalça muzeyini göstərmək olar. 

Mən Bakını muzey qıtlığı olan Vankuverlə müqayisə etməyə bilmədim. 

Bu mənada, memarlar və planlaşdırıcılar qrupu var ki, Vankuverin də bir gün "Urbanarium", yaxud şəhər muzeyi olacağına ümid edirlər... 

Şəhərəmizin göz önündə necə transformasiyasına etdiyini gördüyümüz bugünlərdə, gəlin ümid edək ki, Urbanarium Vankuverin sakinlərinə və ziyarətçilərinə bizim keçmişimiz və gələcəyimiz barədə daha çox şey öyrənməyə imkan verəcək". 

Bakucity.az

Bakı Kanada Məqalə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
65 baxış fevralda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Konsertdə Süleyman Ələsgərovun sevilən mahnıları səslənib. Bakucity.az xəbər verir ki, fevralın 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı konsert keçirilib. “Mədəniyyət” telekanalının təşkilatçılığı ilə gerçəkləşən konsertdə Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Təyyar Bayramov, Tahir İmanov, Ehtiram Hüseynov, Babək...
Mədəniyyət
Çaykovskinin “Qaratoxmaq qadın” operası nümayiş olunacaq. Bakucity.az xəbər verir ki, martın 8-11-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində olan opera studiyasında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operası nümayiş olunacaq. Səhnə əsərinin quruluşçu dirijoru Xalq artisti, professor Fəxrəddin Kərimov, quruluşcu rejissor Aleksey Smirnov, xormeysteri Xalq artisti Gülbacı İmanova, konsertmeysteri Yuliya Kərimova, quruluşcu rəssamı isə E...
İdman
10-cu “Baku Open” beynəlxalq karate turniri Martın 14-də start götürəcək. Bakucity.az xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Kompleksində dörd gün davam edəcək yarış 2020-ci ildə Bakıda keçiriləcək Avropa çempionatını ərəfəsində test xarakteri daşıyır. Bütün yaş qrupları arasındakı yubiley turnirində 10-dan artıq ölkə karateçilərinin iştirakı gözlənilir. Turnirin yüksək səviyyədə təşkili üçün Dünya Karate Federasiyasının (WKF) və Avropa Karate Federasiy...
Mədəniyyət
Teatr üçün 2,0 milyon manat ayrılıb. Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmiri və yenidən qurulması bardə Sərəncam imzalayıb.  Sərəncama əsasən, teatr binasının əsaslı təmirinin və yenidən qurulma işlərinin davam etdirilməsi məqsədi ilə Mədəniyyət Nazirliyinə 2,0 milyon manat vəsait ayrılıb. Bakucity.az
Cəmiyyət
Dilimizin inkişafı və təbliği istiqamətlərindən danışılıb. Bakucity.az xəbər verir ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfrans olub. Konfransı İnstitutun direktoru, akademik Möhsün Nağısoylu açaraq 21 fevral Beynəlxalq Ana Dili Gününün tarixi barədə danışıb.  M.Nağısoylu Azərbaycan dilinin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artm...
Mədəniyyət
Kitab Azərbaycan, rus, ingilis və türk dillərində çap edilib Bakucity.az xəbər verir ki, Bakının Pirşağı qəsəbəsində müvəqqəti yerləşən Xocalı şəhər 2 saylı orta məktəbdə yazıçı və publisist İradə Əlilinin Xocalı soyqırımının 27 illiyi münasibəti ilə “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı keçirilib. Bunu …-ə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) Sosial İş Komissiyasının rəhbəri Gülnarə Xəlilova deyib. Onun sözlərinə g...
Mədəniyyət
Sərgidə 50-dək əl işi nümayiş olunur Bakucity.az xəbər verir ki, fevralın 20-də Azərbaycan Gənclər Fondunun dəstəyi və Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə gənc şəbəkə ustası İlqar Rəsulzadənin “Nəsillərdən nəsillərə ötürülən sənət” adlı fərdi sərgi açılıb. Sərgidə İ. Rəsulzadənin müxtəlif forma və üslublarda hazırladığı 50-dək əl işi nümayiş olunur. Sərginin açılışından öncə Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin direktoru S...
Cəmiyyət
Hadisə münaqişə zəminində törədilib Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Zalov 4 il azadlıqdan məhrum edilib. İttihama görə, ötən il sentyabrın 8-də Sabunçu rayonu ərazisində, həmin ərazidə kirayədə yaşayan Tər...
Mədəniyyət
“Günay” Uşaq Teatrının hazırladığı tamaşa göstəriləcək Bakucity.az xəbər verir ki, fevralın 21-də İ.Əbilov adına Mədəniyyət Mərkəzində “Günay” Uşaq Teatrının hazırladığı Xocalı soyqrımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı” tamaşası nümayiş olunacaq. Tədbir “Günay” Uşaq Teatrı, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialı ilə birgə hazırlanıb. Tamaşanın müəllifi şair-publisist Zərəngiz Dəmirçi Qayal...