Bakıda bu avtobuslarda pulsuz "Wi-Fi" olacaq

Bakıda bu avtobuslarda pulsuz "Wi-Fi" olacaq , Javid

100-ə yaxın avtobusda ödənişsiz “Wi-Fi” xidməti həyata keçiriləcək.

Trendin məlumatına görə, “Xaliq Faiqoğlu” nəqliyyat şirkətinin 100-ə yaxın avtobusu ödənişsiz “Wi-Fi” xidməti ilə təmin olunacaq.

Qeyd olunur ki, söhbət 18, 61, 65 və 85 saylı marşrutlar üzrə hərəkət edən avtobuslardan gedir:

“Hazırda ödənişsiz xidmət 18, 65 və 85 saylı marşrutlarla hərəkət edən “Isuzu Citiport” avtobuslarında sınaq rejimində işə salınıb. Əgər tələb olarsa, biz bu xətlər üzrə xidməti genişləndirəcək, eləcə də 61 saylı marşrut avtobuslarına tətbiq edəcəyik".

Bu xidmətə qoşulmaq üçün ad, soyad, əlaqə nömrəsi və elektron poçt ünvanını göstərməklə qeydiyyatdan keçmək lazımdır.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər