Bakıda küçə tamaşaları və festivalları keçirilə bilər

Bakıda küçə tamaşaları və festivalları keçirilə bilər

Nazirlə ADO rəhbərliyi arasında görüş olub.

Mədəniyyət naziri Əbülfəs Qarayevlə ADO teatrının rəhbəri Elmin Bədəlov arasında görüş olub.

Teatrdan Bakucity.az-a verilən məlumata görə, görüş uzun zaman öncə nazirə edilmiş müraciət səbəbindən baş tutub. Görüş zamanı ADO teatrının üzləşdiyi problemlər müzakirə olunub. Eyni zamanda teatrın küçə nümayişlərinin keçirə bilməməsi, bunun üçün nazirliyin rəsmi rəyinin verilməməsi nazirin diqqətinə çatdırılıb.

Həmçinin nazirliklə kommunikasiya probleminin olması, teatr problemləri, küçə teatr festivalının təşkili və s. məsələlər müzakirə olunub. Nazir isə ADO teatrının əleyhinə olmadığını bildirib, bütün problemlərin araşdırılacağı və bunlarla bağlı göstərişlər veriləcəyini vurğulayıb. Əbülfəs Qarayev nazirliklə ADO teatrı arasında kommunikasiya zamanı hər hansı problemin yaranmayacağını da bildirib.

Qeyd edək ki, ölkənin ilk müstəqil teatrı olan ADO bir müddət bundan öncə nazir Əbülfəs Qarayevə görüş üçün müraciət etmişdi.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər