Ermənistanda Yerevan-Bakı dəmir yolunun relsləri oğurlanıb

Ermənistanda Yerevan-Bakı dəmir yolunun relsləri oğurlanıb, Javid

Hadisə ilə bağlı cinayət işi açılıb

Ermənistanda Yerevan-Bakı dəmir yolunun Mehri-Qafan hissəsində relslərin sökülməsi ilə əlaqədar cinayət işi açılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, relslər 2010-2011-ci illərdə oğurlanıb.

Dəmir yolunun 40 kilometrlik Mehri-Qafan hissəsi Ermənistan Nəqliyyat Nazirliyi ilə Cənubi Qafqaz Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyəti arasında 2008-ci ildə imzalanan sazişə əsasən sözügedən şirkətin mülkiyyətinə keçib. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər