Paytaxtın enerji təchizatı yenidən qurulur

Paytaxtın enerji təchizatı yenidən qurulur

Bununla bağlı bu il saziş imzalanıb

“Azərbaycan-Almaniya enerji sahəsində əməkdaşlığın inkişafında “Uniper” şirkətinin rolu böyükdür”.

Bakucity.az “Finans.az”a istinadən xəbər verir ki, bunu Az ərbaycanın energetika nazirinin müavini Natiq Abbasov bu gün Bakıda keçirilən Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, SOCAR və "Uniper" şirkəti Azərbaycanda enerji səmərəliliyini artırmaq məqsədilə də əməkdaşlıq edir: "Bununla bağlı bu il saziş imzalanıb".

Nazir mavini bildirib ki, enerji sahəsində əlaqələrin genişləndirilməsi üçün alternativ və bərpaolunan enerji mənbələri üzrə əməkdaşlıq potensialı var: “Eləcə də energetika sektorunda aparılan islahatlarda Almaniya təcrübəsinin tətbiqinin perspektivi mövcuddur”.

Nazir müavini bildirib ki, Bakı və Abşeron yarımadasında müasir elektik enerjisi təchizatının qurulması üçün Almaniyanın "Uniper" şirkəti ilə əməkdaşlığın perspektivləri mövcuddur və bu şirkətin təcrübəsi tətbiq oluna bilər: "Siemens” şirkətinin fəal iştirakı ilə 525 mVt gücündə “Sumqayıt” Elektrik Stansiyası, Bakıda iki yarımstansiya tikilib, beş yarımstansiyanın isə modernləşdirilməsi həyata keçirilib".

N.Abbasov iki ölkə arasında əlaqələrin mövcud səviyyəsinin iqtisadi, xüsusi ilə enerji əməkdaşlığının genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığını bildirib.O, "Şahdəniz-2” çərçivəsində hasil ediləcək qazın alıcılarından birinin “Uniper” olduğu xatırladıb və Azərbaycan qazının Avropaya tədarükündə Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, 1,5 mlrd. kubmetr həcmində Azərbaycan qazı bu boru kəməri ilə Almaniya şirkəti alacaq. Bundan başqa, “Uniper” şirkəti enerji və buxar istehsalı sahəsində SOCAR-ın "Azərikimya" İstehsalat Birliyi ilə əməkdaşlıq edir”.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər