“Yeni Bakı” şəhərciyinin qanunsuz tikildiyi üzə çıxdı

Sakinlər illərdir ki, öz evlərinə dövlət reyestrindən çıxarış ala bilmirlər

Abşeron rayonu Masazır qəsəbəsində yerləşən, uzun müddət KVN-çi aktyorlar tərəfindən geniş reklam olunan "Yeni Bakı" yaşayış kompleksinin, əslində, şəhərin hər tərəfini bürüyən "qanunsuz tikili" kateqoriyasına aid olduğu üzə çıxıb.

Bakucity.az virtualaz.org-a istinadən xəbər verir ki, bu şəhərciyin  sakinləri illərdir ki, öz evlərinə dövlət reyestrindən çıxarış ("kupça") ala bilmirlər və ötən həftə sonu küçəyə çıxaraq kütləvi etirazlarını bildiriblər.

Sakinlərin kütləvi narazılıqlarına dair sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən, "İlin dörd fəsli" MTK tikinti şirkəti tərəfindən inşa olunan kompleksin minlərlə sakini rəhbərlik tərəfindən aldadılıb, onlara hər dəfə 3-5 aya "kupça" ilə təmin olunacaqları bildirilib. İndi isə məlum olub ki, kompleksin yerləşdiyi 13 hektar ərazi, əslində, əkin təyinatlı imiş və burada ev tikilməsi qeyri-qanunidir. Sakinlərin virtualaz.org-a bildirdiyinə görə, bunu  da evlərinə qanuni sənəd düzəltmək üçün "ASAN Xidmət"ə müraciət edərkən öyrəniblər.

Hazırda 57 binadan, 3200 mənzildən ibarət kompleksdə 10 min sakin qeydiyyatsız yaşayır. Qeyd etmək lazımdır ki, Bakıda, əslində, qanunsuz tikili statusunda olan və yeni tikilən çoxmərtəbəli yaşayış binalarının sayı yüzlərlədir. Tikinti şirkətləri  binanın özülünü qazan kimi hələ hazır olmamış mənzilləri satır, binanı tikib qurtarandan sonra isə məlum olur ki, şirkət ya vergini ödəməyib, ya tikinti aparılan torpaq sahəsi üçün icazə sənədləri qaydasında deyil, yaxud bina istismara qəbul edilmək üçün yarasızdır. Nəticədə belə binaların sakinləri mənzilləri üçün çıxarış ala bilmir.

 "Yeni Bakı" yaşayış kompleksində isə vəziyyət daha da mürəkkəb və görünməmiş miqyasdadır. Çünki əkin təyinatlı hektarlarla torpaq sahəsində illər ərzində 57 çoxmərtəbəli bina tikilib, mənzillər satılıb, amma bütün bu vaxt ərzində tikinti aparılması qanunsuz olan torpaq sahəsi üzərində salınan şəhərciyin qanunsuz olduğuna heç kim diqqət yetirməyib.

Qeyd edək ki, "İlin 4 fəsli" MTK-nın "Yeni Bakı" yaşayış kompleksi ilə bağlı reklam rolikində orada mənzil almağın əsas üstünlüklərindən biri kimi bütün mənzillərin "kupça" ilə təmin olunacağı göstərilirdi. Amma həmin reklamın çəkilməsindən illər keçsə də kompleksin sakinləri "kupça" üzü görməyiblər. Üstəlik onların mənzillərə mülkiyyət hüququnu verən bu sənədi nə zaman alacağı da üfüqdə görünmür.

"Bəzi sakinlər rayonda qeydiyyatdadırlar, bəzilərimiz polis idarəsində. Bir sənəd lazım olanda rayona getməli oluruq, arayış lazım olanda ala bilmirik. Dəfələrlə şirkət rəhbərliyinə müraciət etmişik, onlara belə sərf etdiyinə görə, bizi veclərinə almırlar. Çünki hər dəfə ev alqı-satqısı edəndə sakinlərdən 3 min manat pul alırlar. Kompleksdə mühafizəçi işləyən Elçin adlı şəxs özünü qoçu kimi aparır, şikayət etmək istəyən sakinləri hədələyir, təhqir edir", - deyə sakinlər bildirirlər.

Onların sözlərinə görə, bir neçə gün əvvəl 70 sakinin imza atdığı şikayət məktubunu da həmin Elçin adlı şəxs təhqiredici və nalayiq ifadələrlə hədələyərək əllərindən alıb.  

Kompleksdə yaşayan Fərid Həsənov deyir ki, şirkət rəhbərliyi illərdir onları aldadır, hər dəfə 3-5 aya "kupça" veriləcəyini, Novruz bayramında və ya Yeni il də onları sevindirəcəklərini deyərək yola verirlər.

Bəs əkin təyinatlı torpaqda "Yeni Bakı" kompleksi necə tikilib? Şirkətə bu icazəni kim verib? Bu suallara aydınlıq gətirmək üçün "İlin dörd fəsli" MTK-ya şirkətinə zəng etdik. Məlum oldu ki, şirkətin saytında əlaqə üçün qoyulmuş əksər nömrələri gələn zənglərə cavab vermir. Şirkətin  baş ofisindən  telefon zənginə cavab verən və özünü  Abdul kimi təqdim edən şəxs isə "kupça" ilə bağlı heç nə bilmədiyini dedi, əkin təyinatlı torpaqda bina tikintisinə icazənin kim tərəfindən verilməsini izah edə bilmədi.

Qeyd edək ki, kənd təsərrüfatı təyinatlı  torpaq sahələrinin təyinatının dəyişdirilməsi yerli icra hakimiyyəti orqanı tərəfindən Nazirlər Kabinetinə müraciət edilməlidir, yalnız Nazirlər Kabineti torpağın təyinatını dəyişdirəndən sonra orada tikinti aparılmasına icazə verilə bilər.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
2 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Sürücü özünə və polis əməkdaşına xəsarət yetirib Bakucity.az xəbər verir ki, dünən saat 16:40 radələrində paytaxtın Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində nasaz vəziyyətdə, yol hərəkətində istismarı mümkün olmayan “QAZ-31” markalı, 10-NR-899 dövlət nömrə nişanlı avtomobil üstündə 12 metr uzunluğa malik tikinti materialı-armatur daşımaqla yük daşıma qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.  Dövlət Yol Polisi İd...
Ekologiya
Bazar gününə olan hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.  Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Depart...
Kriminal
Qəza piyadanın xəsarət alması ilə nəticələnib Bakucity.az xəbər verir ki, Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Yasamal rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Röyal Eynullayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KİA...
Hakimiyyət
"Azərişıq" ASC-nin Tədris Mərkəzinə yeni direktor təyin edilib Bakucity.az xəbər verir ki, Araz Məmmədzadə "Azərişıq" ASC-nin Tədris Mərkəzinə yeni direktor təyin edilib. O, indiyə qədər səhmdar cəmiyyətinin Satış Departamentində çalışıb və yeni vəzifəsində bir qədər əvvəl “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevin müşaviri təyin edilmiş Vüqar Əliyevi əvəz edib. / "Report" Bakucity.az
İdman
Yarış 3 gün davam edib Bakucity.az xəbər verir ki, Sərhədçi İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında keçirilən cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub. 3 gün davam edən turnirdə oğlanlar və qızlar 9 çəki dərəcəsində paytaxt birinciliyinin qaliblərini elan ediliblər.  Xumar Qasımzadə (36 kq), Nəzakət Hüseynova (40 kq), Lətifə Abbasova (44 kq), Fatimə Məmmədli (48 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq), Səma Əliyeva (63...
Hadisələr
Nəticədə 2 avtomobil toqquşub Bakucity.az xəbər verir ki, hadisə bu gün səhər 08:45-də, Mehdi Hüseynzadə parkının yaxınlığında baş verib. Bakıxanov küçəsindən C.Cabbarlı küçəsinə dönən "Hyundai" markalı 90-PU-669 dövlət qeydiyyat nişanlı avtomobilin Tbilisi prospektindən gələn "Toyota" markalı 90-TR-701 dövlət qeydiyyat nişanlı maşını gözləməməsi səbəbindən qəza baş verib. Hər iki avtomobilə ziyan dəyib. Trend.az Bakucity.az
Cəmiyyət
Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan 5 restoran bağlanır Bakucity.az xəbər verir ki, Bakıda fəaliyyət göstərən “Arzu”, “Mega Palace”, “Gilavar”, “Kəndimiz”, “Şahzadə” və  “Çanaqqala” restoranlarının bağlanması məhkəmənin yekun qərarından sonra gerçəkləşəcək.  Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bakucity.az
Cəmiyyət
Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı işini davam etdirir Bakucity,az-ın məlumatına görə, 44 ölkədən 250-yə yaxın nümayəndənin iştirakı ilə keçirilən Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı işini davam etdirir. Konfransda dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi məsələləri müzakirə olunur. Dekabrın 14-də başlayan konfrans öz işini bu gün yekun sənədlə başa vuracaq. Bakucity.az
Cəmiyyət
Bakını çirkləyən şəhər sakinləridir Paytaxt Bakı günü-gündən inkişaf edir, lakin bir problem var ki, uzun illərdir öz həllini tapmır. Şəhərdə təmizliyin qorunması gündəlik mövzuya çevrilib. Bu yaxınlarda paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində binanın eyvanından içi tullantılarla dolu sellofan torba binanın həyətində park edilən avtomobilin üstünə atılmışdı, nəticədə maşının arxa şüşəsi sınaraq yararsız hala düşmüşdü. Bakucity.az ARB TV-nin “Günə doğru...