“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silva Bakıya gəlib.
Qol.az-ın xəbərinə görə, səfər şəxsi xarakter daşıyır. Braziliyalı oyunçunun Millətlər Liqasının oyunları ilə əlaqədar çempionatlarda yaranmış fasilədən istifadə edərək edərək ölkəmizə dostlarının yanına gəldiyi bildirilib.
Onunla Heydər Əliyev Hava Limanındakı şəkli hazırda “Neftçi” klubunda tərcüməçi kimi çalışan Vüqar Əliyev Feysbuk səhifəsində paylaşıb.
Əlavə edək ki, Reynaldo Silva hazırda Qazaxıstanın “Aktobe” klubunda çıxış edir.
Bakucity.az