Bakıya təkrar səfər edən turistlərin çoxu ərəblərdir

Bakıya təkrar səfər edən turistlərin çoxu ərəblərdir, Javid

Bu il Birləşmiş Ərəb Əmirliyindən gələn turistlərin sayında azalma müşahidə edilir

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, bu il Səudiyyə Ərəbistanı və Küveytdən gələn turistlərin sayı artıb. Ümumilikdə isə bu il Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artım qeydə alınıb.

Turist axının yüksəldilməsi üçün turizm sahəsində təbliğatın artırılmasını vacib sayan N.Bağırov əlavə edib ki, ölkəyə təkrar səfər edən turistlər də olur. Onların arasında ərəb dövlətlərindən gələnlərin sayı xüsusilə çoxdur.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər