Qanunsuz tikililərə görə həbslər başladı - Rəis müavini saxlanıldı

Qanunsuz tikililərə görə həbslər başladı

Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Xaliq Məmmədov rayondakı qanunsuz tikililərə rəhbərlik etməkdə ittiham olunur.

Qeyd edək ki, bir müddətdir Bakı Şəhər İcra Hakimiyyətinin müavini Eldar Əzizovun göstərişi ilə qanunsuz obyektlərin sökülməsi həyata keçirilir.

Dünən isə E. Əzizov prezidentin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından dərhal sonra Xətai rayonuna baş çəkib və qanunsuz tikililərin hamısını gəzib.

Xatırladaq ki, ötən gün prezident İlham Əliyev qanunsuz tikililərlə bağlı sərt mövqe bildirib. O qeyd edib ki, Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur: “Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək”.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1258 baxış fevralda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Biznes
BOS-da  korporativ tədbirlər keçirilir. Bakucity.az xəbər verir ki, Bakı Olimpiya Stadionu (BOS) bir neçə il əvvəl burada toy mərasimlərinin keçiriləcəyi ilə bağlı məlumat yaymışdı və “Stadionda toy” ifadəsi tənqid obyektinə çevrilmişdi.  Stadionun PR və media üzrə direktoru Cəmilə Mehdiyeva açıqlamasında bildirib ki, elandan 3 il keçməsinə baxmayaraq BOS-da toy yox, yalnız korporativ tədbirlər keçirilib. Bakucity.az
Biznes
“CasaMia” alıcıları gözləyir. Bakucity.az xəbər verir ki, “CasaMia” mağazalar şəbəkəsi 19 fevral – 22 mart tarixlərində 70%-dək  endirim kampaniyasına start verib. Novruz Bayramının isə alıcıları xüsusi (30%-70%) endirimlər gözləyir. “CasaMia”da təqdim olunan santexnika, hamam aksesuarları, keramika, çilçıraqlar, otaqarası və giriş qapıları, divar kağızları, pərdələr və digər interyer malları endirimli  qiymətlərlə satılır. Ünvan: Azadlıq pr.199 ( Travmato...
Cəmiyyət
1,500 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib. Bakucity.az xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) daxil olan məlumata əsasən çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və pol...
Cəmiyyət
Tədbir BANM-in təşkilati dəstəyi ilə PMI-ın Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunub.  Bakucity.az-ın verdiyi məlumata görə, Bakı Ali Neft Məktəbində (BANM) Layihə idarəetmə İnstitutunun (PMI – Project Management Institute) yaradılmasının 50-ci ildönümü münasibəti ilə “Müvafiq layihə idarəetmə metodlarının tətbiqi və onların müasir idarəetmədə rolu” başlıqlı “PMI Azerbaijan 2019” sammiti keçirilib. Tədbir BANM-in təşkilati dəstəyi ilə PMI-ın A...
İdman
Roberto Bordin bu mövqedə etibarlı oyunçunun yer almasını istəyəcək. Bakucity.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında XVIII turun "Səbail" komandası ilə ev oyunu "Neftçi"nin kapitanı Ruslan Abışovun yaşıl meydanlara dönüşü ilə yadda qala bilər. Bu zərurət ukraynalı mərkəz müdafiəçi Kiril Petrovun "Zirə" ilə səfər matçında dördüncü sarı vərəqəni alaraq cəzalı duruma düşməsi səbəbindən yaranıb. "Bakcell Arena"da keçiriləcək ev oyununda baş məşqçi Rob...
Mədəniyyət
Sərgi bu ilin avqust ayının sonunadək davam edəcək. Bakucity.az xəbər verir ki, fevralın 23-də “İçərişəhər” Muzey Mərkəzinin Şirvanşahlar Sarayı Kompleksində “İnkvizisiya-Orta əsr işgəncə alətləri” sərgisi açılacaq.  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, ekspozisiyada kafir və cadugərlərə qarşı Avropada məhkəmə proseslərində qurbanları ağrıtmaq, onlardan məcburən etiraf əldə etmək üçün düşünülmüş 70-ə yaxın qurğu nüma...
Mədəniyyət
Əntiq əşyaların ixtisaslaşdırılmış “Auksion Baku” müsabiqəsi keçiriləcək Bakucity.az xəbər verir ki, Bakıda ilk dəfə olaraq əntiq əşyaların ixtisaslaşdırılmış “Auksion Baku” müsabiqəsi keçiriləcək. Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası “Auction Baku” MMC arasında bağlanmış birgə əməkdaşlıq haqqında memoranduma əsasən, hər iki qurumun birgə təşkilatçılığı ilə respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq,...
Biznes
18 yaşına qədər olan gənclərə enerji içkiləri satılmayacaq  Bakucity.az xəbər verir ki, “Gənclər siyasəti haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsinin ikinci oxunuşu zamanı adıçəkilən qanunvericilik aktına ciddi dəyişiklik edilib. Birinci oxunuş zamanı qanunun 5.7.1 maddəsində 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədi ilə bir neçə məhdudlaşdırıcı hallar nəzərdə tutulmuşdu....
Biznes
Prezident İlham Əliyev fərman imzalayıb. Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb. Müvafiq sənədi AZƏRTAC dərc edib. Fərmana əsasən, müəyyən edilib ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşa...