Bakıda məktəbliləri “orqan mafiyası” qaçırıb? - AÇIQLAMA

Bakıda məktəblilərin“orqan mafiyası” tərəfindən qaçırılması həqiqətdirmi? - AÇIQLAMA

Daxili İşlər Nazirliyi məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda və respublikanın şimal bölgəsində məktəbli uşaqların “orqan mafiyası” tərəfindən qaçırılması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”un sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir. Bu cür məlumatların şayiə və dezinformasiyadan başqa bir şey olmadığını qeyd edən O.Mansurzadə iddia olunan yerlər də daxil olmaqla ümumiyyətlə respublikanın heç bir bölgəsində belə halların qeydə alınmadığını deyib:

“Bu məsələ ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb, heç bir fakt qeydə alınmayıb. Biz dəfələrlə qeyd etmişik, ictimaiyyətə bildirmişik ki, vətəndaşlar qarşılaşdıqları, üzləşdikləri istənilən hüquq pozuntuları, cinayət xarakterli hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” Xidmətinə məlumat versinlər və ya aidiyyəti üzrə polis orqanlarına müraciət etsinlər. Əhali arasında əsassız olaraq çaşqınlıq, qorxu atmosferi yaradılmasına xidmət edən təxribat xarakterli belə məlumatların bilərəkdən, müvafiq dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparılmadan yayılması, sosial şəbəkələrdə və bir sıra xəbər portallarında tirajlanması mövcud qanunvericiliyin tələblərinə görə yolverilməzdir və kütləvi informasiya azadlığından bu formada sui-istifadə müəyyən hüquqi məsuliyyət də doğurur”.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Bakının Hövsan qəsəbəsində və respublikanın şimal bölgəsində məktəbli uşaqların qaçırılması ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, guya uşaqlar “orqan mafiyası”nın üzvləri tərəfindən oğurlanıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
616 reviews oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hakimiyyət
Prezident İlham Əliyev sərəncam imzalayıb Bakyucity.az-ın məlumatına görə, sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi daşıyır. Sərəncamla 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən ed...
Mədəniyyət
“Paralel” adlı tədbir–sərgidə 40 – dan çox fotoşəkil nümayiş etdirilib Bununla bağlı Bakucity.az-a İstiqlal Muzeyinin mətbuat xidmətindən məlumat verilib. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan Respublikasının fəaliyyətini və inkişafını özündə əks etdirən 40 – dan çox fotoşəkil nümayiş etdirilib. Bakucity.az
Cəmiyyət
Yolun bərpasına artıq sabahdan başlanılacaq Paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsinin çökmə səbəbi orada tikinti işlərinin normalara uyğun aparılmaması və yolun dayanaqlığının öyrənilməməsidir. Dəymiş ziyan tikinti şirkəti tərəfindən ödəniləcək. Bakucity.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. O, Trend-ə açıqlamasında qeyd edib ki, yolun bərpasına artıq sabahdan...
Hadisələr
"Səməd Vurğun küçəsində piyada səkisinin sürüşməsinə səbəb yağış sularıdır" Bakucity.az xəbər verir ki, bu sözləri "Pilot İnşaat-A" MMC-nin icraçı direktoru Nuran Həsənzadə deyib.  "Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı bina ilə piyada səkisi arasında istinad divarları çəkilib. İstinad divarı tikinti boyunca aparılıb. Biz düşünürük ki, piyada səkisinin sürüşməsinə səbəb yağış sularıdır. Yə...
Cəmiyyət
Köhnə və qeyri-estetik reklam lövhələri dəyişdiriləcək Bakucity.az xəbər verir ki, paytaxta köhnə və qeyri-estetik reklam daşıyıcıları dəyişdirilərək, yerlərinə yeniləri qoyulacaq. Bu, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) şəhərin görünüşünün yaxşılaşdırılması məqsədiylə apardığı tədbirlər planı çərçivəsində həyata keçirilir. Bu barədə xəbəri haqqin.az saytı yayıb.  Yeni reklam daşıyıcıları paytaxtın küləkli və dəyişkən iqliminə uyğun olacaq. Bakıdakı...
Cəmiyyət
"Qripin ətraf ölkələrdən Azərbaycana keçmə ehtimalı var" Bakucity.az xəbər verir ki, Respublikanın baş infeksionisti Cəlal İsayev sakinləri narahat edən qrip virusu ilə bağlı açıqlama verib. “Mövsümlə əlaqədar olaraq qrip və digər virus infeksiyalarının yayılması ehtimalı artır. Ona görə də insanlar düzgün qidalanmalı və isti geyinməlidirlər. Çünki payız-qış aylarında orqanizmin iqlim dəyişikliklərinə alışması çətin olur”. C.İsayev Report-a açıqlamasında ö...
Cəmiyyət
Bu gün sürüşmə nəticəsində doqquz nömrəli ev tamamilə uçub Bakucity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında Buxta küçəsindəki evlərin təhlükəli vəziyyətdə olduğunu deyib. Bu barədə məlumatı Oxu.az saytı yayıb. Rəsminin sözlərinə görə, Buxta küçəsinin ön hissəsindəki evlər sökülüb və gərginlik  var: “Nazirlik tərəfi...
Hadisələr
Sürüşmə hadisəsi səhlənkarlıq səbəbindən baş verib  Bakucity.az xəbər verir ki, Bakının əsas küçələrindən biri olan Səməd Vurğunda yol sürüşüb. Küçənin 60 metr uzunluq və 3 metr enində sürüşmə qeydə alınıb. Sürüşməyə səbəb isə tikintinin düzgn aparılmaması olub.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli hadisə barəsində Report.az-a açıqlama verib: "Müəyyən olub ki, həmin ərazidə pilot layihə əsasında...
Cəmiyyət
Yağış axşama doğru kəsiləcək Oktyabrın 18-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Bakucity.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturunun Abşeron yar...