Bakıda quldurluq edən şəxslər saxlanılıb

Bakıda quldurluq edən şəxslər saxlanılıb

Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyindən daxil olan xəbərə görə, rayon sakini Vüsal Abıyev 25-ci Polis Şöbəsinə müraciət edərək Şərifli küçəsi 96 ünvanında iki nəfər tanımadığı şəxsin ona hücum edərək xəsarət yetirdiklərini daha sonra mobil telefon və noutbukunu əlindən aldıqlarını bildirib. 

Qeyd edilən hadisədən 3 gün sonra eyni məzmunlu şikayətlə Polis Şöbəsinə bir nəfər qadın da müraciət edərək içərisində pul və sənədlər olan əl çantasının naməlum şəxslər tərəfindən zorla onun əlindən aldığını bildirib. 

Hər iki quldurluq hadisəsi ilə bağlı 25-ci Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətlərin eyni şəxslər tərəfindən törədildiyi müəyyənləşib. Quldurluqları  törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ceyhun Rufullayev və Azər Qurbanov qısa zamanda tutularaq istintaqa təqdim ediliblər. 

Faktlarla bağlı 25-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Gördüyünüz şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami Rayon Polis İdarəsinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər