“Lifttəmir” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
BŞİH-dən verilən məlumata görə, bu vəzifəyə Bakı Şəhər İcra Hakimiyyətinin müavini Eldar Əzizovun əmri ilə Xalid Ələkbərov təyinat alıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov işdən çıxarılıb.
Q.Şükürova qarşı CM-nin 193-1-ci maddəsi ilə (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) cinayət işi açılıb.
Xatırladaq ki, Q.Şükürov bir müddət əvvəl qızı Aysel Şükürovanın toyuna 400 min dollar xərcləməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi.
Bakucity.az