Mehriban Əliyeva “Turetski xoru”nun konsertində

Rusiyanın məşhur “Turetski xoru” Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edib

Bakucity.Az xəbər verir ki, anşlaqla keçən konserti izləyənlər arasında Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva da olub.

Art qrup konsert proqramında repertuarında olan ən məşhur kompozisiyaları təqdim edib.

Nadir səsə, geniş vokal imkanlara, aktyor ustalığına və qeyri-adi xarizmaya sahib ifaçılardan ibarət “Turetski xoru” debütünü 1990-cı ildə edib. Qrupun yaradıcısı və bədii rəhbəri Rusiyanın Xalq artisti Mixail Turetskidir. Kollektivin repertuarı sərhədsizdir, qrup dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif janrlarda ifa edir.

“Turetski xoru”nun repertuarında 10-dan çox dildə kompozisiyalar yer alıb. Bu qrupu populyarlıq rekordçusu adlandıranlar da var, çünki səhnəyə altı min dəfədən çox çıxıb, turnelər zamanı 4,5 milyon kilometr yol qət edib.

Kollektiv Rusiyanın müxtəlif şəhərlərində mütəmadi konsertlər verməklə yanaşı, tez-tez Baltikyanı ölkələrdə, Almaniya, Amerika Birləşmiş Ştatları, Kanada, İsrail və Belarusda qastrollarda olur.

Qrup İspaniya, Niderland, Belçika, İsveçrə, Avstraliya, Çin və Vyetnamda da çıxış edib. Təkcə bu ilin mayında musiqi marafonu çərçivəsində 10 gün ərzində yeddi ölkənin müxtəlif şəhərlərində - Paris, Lyublyana, Vyana, Berlin, Təl-Əviv, Nyu-York və Minskdə konsertləri olub.

Qrupun konsert proqramları hər zaman anşlaqla keçib. 2015-ci il mayın 9-da Moskvada təqdim etdiyi “Qələbə mahnıları” adlı konsert proqramına rekord auditoriyasını - 150 min tamaşaçısını toplayıb. Kollektivin özünəməxsus xüsusiyyətlərindən biri də istənilən auditoriyanı oxuda bilmək bacarığıdır.

Fərqli dillərdə hitlər səsləndirən “Turetski xoru”nun Azərbaycan tamaşaçılarına sürprizi də olub: qrup doğma dilimizdə Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını ifa edib.

Konsertdən sonra Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva “Turetski xoru”nun kollektivi ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
2 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Bakı Kitab Mərkəzində növbəti tədbir Bakucity.az xəbər verir ki, 18 dekabrda Bakı Kitab Mərkəzində fransız bəstəkar Elios Azule ilə görüş keçiriləcək. Görüşdə bəstəkar “Hər şey musiqidir” (“Tout est musique”, “All is music”) adlı kitabının təqdimatını keçirəcək və öz seçilmiş musiqi əsərlərini klarnetdə ifa edəcək.  Tədbir axşam saat 19:00 - 20:20 aralığında baş tutacaq.  Bakucity.az
İdman
“Formula-1”in rəsmi saytı 2018-ci ilin yekunları üzrə onluğunu hazırlayıb Bakucity.az xəbər verir ki, Bakıda “Red Bull” komandasının pilotları Daniel Rikkardo və Maks Festappenin toqquşması 6-cı, “Mersedes”in pilotu Vallteri Bottasın idarə etdiyi avtomobilin şinin deşilməsi isə 4-cü yeri tutub.  Bakı Qran-prisində “Mersedes” komandasının pilotu Lyus Hamilton qələbə qazanıb. Bakucity.az
İdman
“Müqaviləsinə şərt saldıq…” Bakucity.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Reynaldonun Ağdam klubuna qayıtmaqla bağlı söhbətlərinə fikir bildirib. O, braziliyalı oyunçunun qayıdışını təsdiqləyib. Qurbanov həmçinin, Reynaldoya xüsusi şərt qoyulacağını da bildirib: “Reynaldo artıq Bakıdadır. Sabah isə tibbi müayinədən keçəcək. Hər şey qaydasında olarsa, müqavilə imzalanacaq. Buradan gedişindən əvvəl son zamanlar əyləncəyə meyilli olmuşd...
Cəmiyyət
İçməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz, Şıx, Bibiheybət qəsəbələrinə və 20-ci sahə yaşayış massivinə) içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq. Bu barədə “Azərsu” ASC-dən bildirilib. Qurum yaranacaq nara...
İdman
1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib Bu gün İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatmada qrup mərhələsində ilk iki yeri tutan komandalarla yanaşı, Çempionlar Liqasının qrup üçüncüləri də iştirak ediblər. Püşkatmanın nəticələri belədir: “Viktoriya” (Çexiya) - “Dinamo” (Xorvatiya) “Brüqqe” (Belçika) - “Zalsburq” (Avstriya) “Rapid” (Avstriya) - “İnter” (İtaliya)...
Mədəniyyət
Konsertdə tanınmış rusiyalı musiqiçilər çıxış edəcək Bakucity.az xəbər verir ki, dekabrın 19-da Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunacaq. Muğam Mərkəzindən bildirilib ki, konsertdə tanınmış rusiyalı musiqiçilər, beynəlxalq müsabiqələr laureatları – pianoçu...
Biznes
Keçidlərdə maşınlar altdan, qatarlar isə üstdən keçəcək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri, deputat Cavid Qurbanov “Real TV”yə müsahibəsində həm görülən işlər barəsində, həm də yeni ildən tətbiq ediləcək yeniliklərdən danışıb. Bunu da oxu: 2018-ci ildə Bakıya səfər edən dövlət başçıları – Top 10 Onun sözlərinə görə, gələcəkdə dəmir yolu stansiyalarının üzərində məntəqələr düzəldiləcək. Orada həm avtobus, həm də qatarlar dayanaca...
Mədəniyyət
Müsabiqəyə 700-dək uşaq, 1800 əsəri ilə qatılıb Bakucity.az xəbər verir ki, Dekabrın 19-da Bakı Xətai Sənət Mərkəzində elan edilən “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq. Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xət...
Siyasət
2018-ci il paytaxt Bakının qaynar diplomatik həyatı olub Digər bütün sahələrdə olduğu kimi, 2018-ci ildə Bakıda bir-birindən əhəmiyyətli siyasi görüşlər baş tutub. Bir il ərzində Bakıya çox sayda dövlət başçısı ziyarətə gəlib. Müxtəlif məqsədlər çərçivəsində həyata keçirilən ziyarətlər Bakının həm də bir diplomatiya şəhəri olması mənasını verir.  BakuCity.az oxucularının marağını nəzərə alaraq 2018-ci ildə Bakıya səfər edən ən əhəmiyyətli dövlər xadimlərin...