Bakı məktəbində gözyaşardıcı qazdan istifadə edən şagird və atası saxlanıldı

Bakı məktəbində gözyaşardıcı qazdan istifadə edən şagird və atası saxlanıldı

Qaz balonunu uşağa atası bilərəkdən verib

Hadisə dünən Hövsan qəsəbəsi 76 saylı orta məktəbdə baş verib. 

Bakucity.az-ın verdiyi xəbərə görə, məktəbə gözyaşardıcı qaz gətirən məktəbli şagird ondan istifadə edib. Hadisə nəticəsində çox sayda məktəbli qazdan zəhərlənərək xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb. 

İTV kanalı hadisə barəsində xüsusi material hazırlayıb. Məktəbin direktor müavini kanal əməkdaşına bildirib ki, hadisə ilə əlaqədar uşaq və atası saxlanılıb.

"Həmin gözyaşardıcı qaz balonunu uşağa atası verib ki, kimsə sənə xəsarət yetirmək istəsə, özünü müdafiə edərsən. Şagird isə gözyaşardıcı qazı sinifdə uşaqlar arasında istifadə edib”, - deyə məktəb nümayəndəsi bildirib.

Məktəbdə baş vermiş zəhərlənmə ilə bağlı 6 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər