Daha 62 avtobusun “BakıKart” sisteminə qoşulması planlaşdırılır

“BakıKart” sisteminə qoşulması planlaşdırılan növbəti avtobusların sayı açıqlandı

Bakucity.az xəbər verir ki, “Xaliq Faiqoğlu” şirkəti bu ilin sonunadək marşrut xəttindəki 62 avtobusu yeni və müasir avtobusla əvəzləyəcək.

Bu barədə Trend-də şirkətdən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin avtobusların “BakıKart” sisteminə qoşulması planlaşdırılır: "15 ilə yaxındır Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC 2015-ci ildən korporativ idarəetmə standartlarının tətbiqinə başlayıb. Yerli və xarici maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər hesabına son üç ildə avtobus parkını beynəlxalq və ekoloji standartlara cavab verən avtobuslarla mütəmadi yeniləyən yeganə özəl daşıyıcı olan şirkət 1 sentyabr 2016-cı il tarixindən istismarında olan avtobuslarda elektron ödəniş sisteminin (Bakı Kart) tətiqinə başlayıb və hal-hazırda 14 marşrut xəttindən 9-da “Bakı Kart” sistemi mövcuddur. Ümumilikdə isə şirkət 226 sərnişin avtobusu ilə əhaliyə xidmət göstərir və onlardan 164-də kartla ödəmə sistemi tətbiq edilir".

Məlumatda qeyd edilir ki, şirkətin istismarında olan bütün avtobuslar video-müşahidə sistemləri ilə təchiz olunub, gün ərzində mərkəzi müşahidə şöbəsi tərəfindən sürücülərin fəaliyyəti kameralar vasitəsilə izlənilir. Şirkətin sürücüləri hər zaman nümunəvi fəaliyyəti ilə fərqlənir və ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə hər zaman yüksək peşəkarlıqları ilə seçilib: "Sürücü qismində işə qəbul olunan namizədlərə olan əsas tələblər ilk növbədə sağlamlıq göstəriciləri, narkoloji test və məhkumluğun olmamasıdır. Şirkətin təmir mərkəzində xüsusi tibb məntəqəsi mövcuddur ki, qanunvericiliyin tələbini əsas tutaraq reysqabağı bütün sürücülər alkotestdən keçirilir".

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Dağlıq ərazilərdə qar yağıb Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata əsasən, fevralın 25-də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib. Küləyin sürəti Gəncə, Naftalanda 35, Zərdabda 34, Tərtər, Bərdədə 32, Neftçala, Mingəçevirdə 30, Göyçay, Ağdamda 28, D...
Hakimiyyət
Rəsmilər “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyublar Bu gün Bakıda Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilir. BakuCity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və digər yüksək vəzifəli şəxslər “Ana harayı” abidəsinin önünə əklil və gül dəstələri qoyublar. Mərasimə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov da qatılıb. O, Prezident İlham Əliyevlə, həmçinin Mehriban Əliyeva ilə...
Cəmiyyət
Bağçalara nəzarəti də öz üzərinə götürübmüş Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində aparılan əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, deputatlığa namizəd olmuş Gültəkin Sadıqova vəzifəsindən rəsmən azad edilib. BakuCity.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Burcalı Ağayev...
Cəmiyyət
Təbii metereoloji hadisədir Bakıda müşahidə olunan dumanın səbəbləri açıqlanıb. BakuCity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, hazırda paytaxtda müşahidə olunan duman təbii metereoloji hadisədir. O qeyd edib ki, havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması d...
Cəmiyyət
İşlər ilin sonuna kimi yekunlaşacaq Abşeron ərazisində "Stansiya Sumqayıt" adlanan yerdə məcburi köçkünlər üçün yaşayış binalarının tikintisi davam edir. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, işlərin ilin sonuna kimi yekunlaşdırılacağı gözlənilir: "Cənab Prezident 7000-dən çox ailə üçün nəzərdə...
Cəmiyyət
Faktlar təqdim olunur Azərbaycan Televiziyası Xocalı faciəsi ilə bağlı yeni videoçarx hazırlayıb. BakuCity.az xəbər verir ki, çarxda Xocalı qurbanlarının üzləşdiyi faciə səhnləşdirilmiş şəkildə canlandırılır. Eləcə də faciənin miqyası barədə faktlar təqdim olunur. BakuCity.az
Cəmiyyət
Yaşasaydı 35 yaşı olacaqdı Bu gün Aprel şəhidi Nəcməddin Savalanovun doğum günüdür. BakuCity.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Nəcməddin Akif oğlu Savalanov 1985-ci il fevralın 26-da İmişli rayonunun Göbəktala kəndində anadan olub. Orta təhsilini Göbəktala kənd tam orta məktəbində tamamladıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı "Taktiki mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirib...
Siyasət
Keçən il 13 birgə hərbi təlim keçirilib Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin sayı artacaq. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatlarla çıxışında deyib. Dövlətimizin başçısı müdafiə sahəsində birgə gələcək işbirliyi haqqında fikir mübadiləsinin aparıldığını vurğulayıb: "Təkcə keçən il 13 birgə hərbi təlim keçirilib. Bu il isə hərbi təlimlərin sayı daha...
Siyasət
Xocalı faciəsinə aid məlumatlandırıcı bukletlər paylanılıb Fevralın 25-də Moldovanın Kişinyov şəhərində Azərbaycan diasporunun nümayəndələri tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı "Xocalıya ədalət" şüarı altında fleşmob keçirilib. BakuCity.az xəbər verir ki, yürüşdə Moldovanın ayrı-ayrı şəhərlərindən soydaşlarımız iştirak ediblər. Aksiya iştirakçıları əllərində Xocalı faciəsini əks etdirən plakatlar, Azərbaycanın bayraqları ilə Kişinyovun...