Bakıda məktəbli intihara cəhd etdi - TƏFƏRRÜAT

Uşaq radikal dini təriqətə üzv olan valideynlərin təsiri altında olub

Bakucity.az-ın Sputnikə istinadən xəbərinə görə, Ələt qəsəbəsindəki 302 nömrəli orta məktəbdə məktəbli intihara cəhd edib. Hadisə 10 oktyabr tarixində baş verib. Üçüncü sinif şagirdi məktəbin pəncərəsindən özünü atmaq istəyib. Bu barədə Qaradağ rayon polis bölməsindən bildirilib. Uşağın radikal islam təriqətlərindən birinə üzv olan valideynlərinin təsiri altında intihara cəhd etdiyi iddia edilir. 

Verilən məlumata görə, Ələt qəsəbəsi 302 nömrəli məktəbdə təhsil alan 2010-cu il təvəllüdlü A.Q. məktəbin üçüncü mərtəbəsinin pəncərəsinə dırmaşıb və özünü öldürmək istədiyini bəyan edib. Xoşbəxtlikdən uşağı xilas etmək mümkün olub. Hazırda hadisə barəsində istintaqı Qaradağ rayon prokurorluğu aparır. 

Məktəbdən verilən açıqlamaya görə, azyaşlı məktəbli radikal islam təriqtələrindən birinin üzvü olan valideynlərinin neqativ təsiri altındadır. 

"Hadisə tənəffüs vaxtı baş verib. 3-cü sinif şagirdi üçüncü mərtəbəyə qalxıb və özünü pəncərədən atmaq istəyib. Bu uşaq dərslərindən geri qalır, onun valideynləri isə fanatik dərəcəsində dindardırlar. Bu məktəblinin qardaşı da bizim məktəbimizdə ikinci sinifdə oxuyur. Bu uşaqların babası bir dəfə məktəbimizə müraciət edib demişdi ki, onun oğlu radikal məzhəblərdən birinə qoşulub", - məktəbdən bildiriblər. 

Uşaqların babası məktəb direktorundan xahiş edibmiş ki, uşaqların təhsil alması məsələsini nəzarətdə saxlasın. Direktor hətta məktəblilərin evində olub və uşaqların valideynləri ilə söhbət aparıb. Uşaqlarla işləmək üçün həmçinin psixoloq və müəllim də cəlb edilib. 

Bildirilir ki, məktəblilər dərslərdən müəyyən qədər geri qalsalar da, onların dərslərdən qaçması kimi hal yaşanmayıb. 

Hazırda cavabdeh qurumlar intihara cəhd edən məktəblinin naməlum sektaya üzv olan valideynlərini araşdırırlar.  

Bakucity.az

İntihar Məktəbli Şagird
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
79 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Sürücülər arasında yol üstündü mübahisə dava ilə bitib. Paytaxtın Nəsimi rayonunda metronun “Memar Əcəmi” stansiyası yaxınlığında kütləvi dava baş verib. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisəyə səbəb Bayramov Tural Fərhad oğlu idarə etdiyi “BMW X5” markalı avtomobillə hərəkətdə olarkən qarşıdakı “Daewoo Centra” markalı avtomobilə yol verməməsi olub. Sürücülər arasında yaranan mübahisə sonradan kütləvi davaya çevrilib. Həmçinin oxu: Bakı met...
Hadisələr
Xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirib. Bakucity.az xəbər verir ki, bu barədə Report-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, paytaxt sakini, 1992-ci təvəllüdlü R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin (RPİ)...
Biznes
Ekspert "Baxış bucağı"nda bəzi təşəbbüslər irəli sürüb İqtisadçı ekspert, “VXA AUDİT” şirkətinin direktoru Elçin Qurbanov Bakucity.az-ın  qonağı olub. E.Qurbanov saytımıza verdiyi müsahibəsində Azərbaycanda vergi sahəsində aparılan islahatlar, vergi mədəniyyətinin indiki vəziyyəti, həmçinin vergi inzibatçılığının aparılmasında görülən işlərdən danışıb və vergi sahəsi ilə bağlı bəzi təşəbbüslər irəli sürüb. Sözügedən müsahibəni izləyicilərimizə təqdim ediri...
Cəmiyyət
Bu il paytaxtda 2508 ailə dağılıb Statistikaya görə, bu ilin ilk yarısında ölkə üzrə ümumilikdə 8 min 257 boşanma rəsmiləşib ki, bunun da 2508-i Bakıda qeydə alınıb. Mütəxəssislər hesab edirlər ki, ailələr əsasən qarşılıqlı anlayış olmadıqda dağılır. Boşanmalar isə daha çox uşaqlara zərər vurur. Maraqlıdır, münaqişəli ailələrin məcburi davam etməsi, yoxsa nikahın pozulması uşaqlara daha çox zərər verir?  Bakucity.az bu və digər suallara cavab almaq üçün “İ...
Cəmiyyət
Sərginin baş sponsoru “Kapital Bank”dır 10-12 oktyabrda Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçiriləcək.  Bakucity.az xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir.  Həmçinin sərgiyə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta...
Cəmiyyət
“Məktəbdə Elinanı ilk dəfə görəndə “ölmək istəyirəm” deyirdi” Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.  Bakucity.az-ın APA-ya istinadən xəbərinə görə, ittihamda qeyd olunub ki, 8 E sinif şagirdi E.Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb, bundan öncə bir dəfə məktəbdə ülg...
Cəmiyyət
“Bütün söyüşlər özümə qayıtsın” Bakıda yol polisini ağır söyüşlərlə təhqir edən sürücü Fəxrəddin Nəsirov bütün polislərdən üzr istəyib.  Bakucity.az xəbər verir ki, sürücünün üzrhaqlıq videosu sosial şəbəkələrdə yayılıb. “Yol polisi əməkdaşı məni saxladı və taksi lisenziyası olmadığına görə cərimə yazdı. Protokolu götürüb maşına tərəf gedəndə özümdən çıxdım. Geri qayıdıb yol polisi əməkdaşını təhqir etdim. Həmçinin oxu: Bakıda yol polisini təhqir edən sürü...
Cəmiyyət
2019-cu ilin payızında Bakı sakinləri necə geyinəcklər?  Hər bir mövsümün öz rəng palitraları var, və bu rənglər dizaynerlərin yeni kolleksiyalarının trend tonlarına diktə edir. Bundan əlavə mövsümdən mövsümə geyimin tərzi, forması və keyfiyyətini dəyişir. Dizayner  və “Noora” brendinin təsisçisi Nurlana Allahverdiyeva bu payızın dəbi haqda Bakucity.az-a danışıb.  Modelyer bildirir ki, geyimin əsas və başlıca elementi rənglərin və aksesuarların müxtəlifliy...
Cəmiyyət
Sabaha gözlənilən hava şəraiti açıqlanıb Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.  Bakucity.az xəbər verir ki, cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.  Havanın temperaturu gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək.  Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq. Bakucity.az