Bakıda telefon dirəkləri və telefon məftilləri yoxa çıxacaq

GPON dövrü başlayır

Tezliklə Bakı qəsəbələrindəki telefon dirəkləri və telefon məftilləri tarixə qovuşacaq. Paytaxtda bir xətt üzərindən üç – telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihələri həyata keçirilir. 

Bakucity.az xəbər verir ki, “Baktelecom” tərəfindən həyata keçirilən layihə çərçivəsində 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik GPON texnologiyası fiber-optik xətlər üzərindən təmin edilir.

GPON - Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə deməkdir. Bu texnologiya kabel xətlərindən asılılıq olmadan yüksək sürətli məlumat ötürməyə, hava şəraitindən aslı olmayaraq, kəsintisiz xidmət göstərilməsinə imkan verir. 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Nazirlər Kabinetinin üçüncü rüb üzrə iclasında açıqladığı rəqəmə görə, bu ilin sonunadək 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq. 

“Baktelecom”un “Üç bizimlə” paketi əsasında internet və telefon xidmətləri ilə yanaşı, yerli və xarici telekanalların keyfiyyətli yayımını həyata keçirən İPTV xidmətini təqdim etməsi nəticəsində xidmət keyfiyyəti yüksələcək. 

Layihənin birinci mərhələsində artıq 40 min mənzildə GPON infrastrukturu yaradılıb. Layihənin ikinci mərhələsinə start verilib ki, yaxın zamanda 100 minə qədər mənzildə bir optik xətt üzərindən multimedia xidmətləri təmin ediləcək.

LTE texnologiyasının (LTE-Long Term Evolution) tətbiqi sayəsində infrastruktur olmayan ərazilər də telekommunikasiya xidmətləri ilə təmin olunur. Beləliklə, yeni nəsil “Simsiz rabitə” şəbəkəsi ilə əhali telefon və digər multimedia xidmətləri ilə təmin edilir. Hazırda üç minədək abunəçi simsiz rabitə şəbəkəsinə qoşularaq telekommunikasiya xidmətlərindən yararlanır. 

Hazırda xidmət üzrə “Start”, “komfort”, “optima” tarifləri üzrə müştəriyə 10, 15 və ya 25 manatlıq sürət paketini seçmək təklif olunur. 

“Simsiz rabitə” xidmətinə qoşulmaq istəyən müştərilər simsiz şəbəkəni dəstəkləyən və yüksək keyfiyyəti ilə seçilən xüsusi “outdoor” avadanlıqlar əldə etməlidirlər. Bu qəbuledici cihazlar baza stansiyalarından ötürülən siqnalı stabil saxlamaq və tam həcmdə ötürmək imkanına malikdir. 

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Bakıda iş yerində bədbəxt hadisə baş verib. BakuCity.az xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən plasmas sexində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Mayılova Natavan Yunis qızı elektrik dəzgahinda işləyərkən ehtiyatsızlıqdan sol əli dəzgahın arasında qalıb. Hadisə yerində ağır yaralanan 45 yaşlı qadın təcili yardımın köməyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. N.Mayılova cərrahi əməliyyat olunub, həkimlərin səyinə baxmayaraq, o...
Siyasət
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını alnır. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Bu barədə BakuCity.az-a Müdafiə Nazirliyi məlumat verilib. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə...
Cəmiyyət
Nazirlər Kabineti tikinti ilə bağlı qaydalarda dəyişiklik edib. BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"a dəyişiklik edib. Yeni qərara əsasən, tikinti sıxlığı göstəricilərinin yeni yolverilən hədləri müəyyən edilib. Bundan sonra çoxmərtəbəli binalar üçün ayrılan sahənin 50%-də tikinti aparmaq mümkün olacaq. Binanın ümumi sahəsi üçün verilən hədd də 66%artırılıb. Qayd...
Cəmiyyət
Müdafiə Nazirliyi cəbhədə gedən ağır döyüşlərlə bağlı açıqlama yayıb. Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, hazırda Azərba...
Cəmiyyət
Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib. Müdafiə Nazirliyindən BakuCity.az-a daxil olan məlumata görə, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun...
Siyasət
Prezident İlham Əliyevin gözlənilən müharibə öncəsi Ermənistan daxilində siyasi toqquşma yaratmağa hesablanmış addımı reallaşdı. Erməni baş nazirin hakimiyyətini gücləndirmək, əvəzində real danışıqlara gəlmək üçün Düşənbədə İlham Əliyevdən vaxt istəməsi faktının ictimaiyyətləşdirilməsi danışıqlarla bağlı verdiyi vədə əməl etməyən Paşinyan hakimiyyəti üçün ciddi problemlər yaradıb. BakuCity.az xəbər verir ki, Nikol Paşinyan ona qarşı çevrilən daxili ictimai...
Cəmiyyət
Ağırlaşma və ölüm riskini azaldan vitamin. D vitamini səviyyəsi normada olan COVİD-19 xəstələrində ağırlaşma və ölüm halları adıçəkiln vitaminin defisiti olanlarla müqayisədə əhəmiyyətli dərəcədə azalır. BakuCity.az xəbər verir ki, amerikalı alimlər belə qənaətə gəliblər. Belə ki, Boston Universitetinin tibb məktəbinin mütəxəssisləri xəstəxanaya yerləşdirilən zaman 235 xəstənin qanından azalizlər götürüb və D vitamini səviyyəsini yoxlayıblar. Sonra onlarda...
Cəmiyyət
Sürücülər cərimə edilir. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutularının vacibliyini qeyd edir. BakuCity.az xəbər verir ki, bu barədə DYP bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. V.Əsədov qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində xüsusi komplektləşdirilmiş dərman qutuları olmalıdır. “Bu, “Yol hərəkəti haqq...
Cəmiyyət
ABŞ səfirliyi Azərbaycanda olan ABŞ vətəndaşlarına xəbərdarlıq edib. BakuCity.az xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb: "ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ vətəndaşlarını gərginliyin artması və Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində baş verən son hadisələrlə əlaqədar Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa çağırır. ABŞ-ın Bakıdakı səfirliyi səfirlik işçilərinə və onların ailə üzvlərinə Abşe...