Bakıda avtomobil qəzası törədən baş həkim danışdı

Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vuran baş həkim Arif Yunusov hadisəyə münasibət bildirib. 

A. Yunusov  “Qafqazinfo”ya müraciətində qeyd edib ki,  o, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının yox, 16 saylı TTYS-nın baş həkimidir: “Bu hadisə sentyabrın 28-də axşam saat 19:30-da baş verib. Piyada Yəhya Məmmədov küçələrdə yaşayan bomj və alkoqolik  olub. Bordürdən səkiyə qalxmaq istəyəndə içkili olduğu üçün arxa üstə yıxılaraq başı maşınım padpresinə dəydi. 30-40 sürətlə getdiyim halda bu hadisə başıma gəldi. Çünki dar bir yoldur. Mənə camaat dedi ki, ona kömək etməyim. Elə hadisə yerindəcə qoyum gedim. Deyirdilər ki, o elə ölməyə layiq idi. Heyf ki qanı gəlib mənə toxundu. 

Ancaq mən insanlıq və həkimlik borcumu yerinə yetirdim. Hadisə yerinə həkim, polis və təhqiqatçı çağırdım. 

O, yüngül beyin silkələnməsi və aşağı qamış sümüyünün sınığı diaqnozu ilə 12 gün xəstəxanada yatıb. Qanında  həmin gün 2,9 faiz etanol çıxmışdı.  Bu 12 gün  ərzində ona xəstəxanada hər gün baş çəkmişəm. Özünə də gəlmişdi, danışırdı. Ölüm diaqnozu isə ağciyər və böyrək  çatışmazlığından baş verdi. Qəzayla heç bir əlaqəsi yoxdur”.

Baş həkim əlavə edib ki, mərhumun ailəsi də ondan şikayətçi deyil: “Bir bacısı var, kasıb ailədir. Digər qardaşı da alkoqolikdir. Onun bütün dəfn və yas xərclərini özüm qarşılamışam. Ailəsi deyir ki, bu başqa vaxt ölsəydi, meyidi onsuz imkansızlıqdan yerdə qalacaqdı”.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
848 reviews oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan  verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik davam edir: "Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur. Bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir. Sürüşmənin sol hissəsindəki t...
Cəmiyyət
Çökən yol şirkət tərəfindən bərpa olunur Bakucity.az xəbər verir ki, dünən Səməd Vurğun küçəsində yolun çökən hissəsinin bərpasına artıq başlanılıb. Bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib: "Bərpa işləri ötən gecədən başlayıb. Hazırda hadisə yerində işlər gedir. Bərpa işləri tikinti şirkəti tərəfindən aparılır. Çökən yerə yeni topraq qatı gətirilib, boş olan yerlər doldurulur. Yol düzəldik...
Hakimiyyət
Baş nazir Novruz Məmmədovun tapşırıq verdi. Bakucity.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun qərarına əsasən, Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib və onun dövlət qulluğuna xitam verilib. Baş nazirin digər qərarı ilə Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən azad edilib. Qərarla onun da dövlət qulluğuna xitam verilib. Bakucity.az
Cəmiyyət
Bakucity.az repetitor xidmətləri barədə araşdırmanı təqdim edir Buraxılış imtahanlarını uğurla vermək və universitetə daxil olmaq üçün məktəbdə keçilən dərslər çox vaxt yetərli olmur. Ümumiyyətlə, məktəb illərində öyrədilən materialı təkbaşına əxz eləmək də asan məsələ deyil. Bəzən şagirdlər heç hardan başalayacaqlarını da bilmirlər. Ona görə də bir çoxları özəl müəllim xidmətlərinə müraciət edirlər. Bakucity.az saytı bu dəfə oxuculara Bakıda repetitor xid...
Cəmiyyət
BŞİH qərar verdi: bu qurumun fəaliyyəti dayandırıldı Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki təmizlik İdarəsinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı göstəriş verib. Bu barədə məlumatı Unikal.org saytı paylaşıb.  Verilən məlumata görə, Sabunçu rayonunun Balaxanı q...
Cəmiyyət
Hava günəşli və isti olacaq Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 19-22, Bakıda gecə 1...
Cəmiyyət
Ümumilikdə 12 qadına ziyan dəyib Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə qadınların çantalarından oğurluq edən şəxs saxlanılıb. Bu barədə Bakucity.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayından oktyabrın 16-dək olan müddətdə rayon...
Mədəniyyət
26-30 oktyabr tarixlərində Bakıda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək Bakucity.az saytı xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya”...
Cəmiyyət
Havanın temperaturu 19-22 dərəcə isti təşkil edəcək Bakucity.az xəbər verir ki, Oktyabrın 18-i gündüz saatlarında Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-i gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayi...