“Keşlə” klubu toqolu futbolçu ilə müqavilə bağlayıb

“Keşlə” klubu toqolu futbolçu ilə müqavilə bağlayıb, Javid

O, Toqo yığmasında 24 oyun keçirib və 6 qol vurub

Bu barədə “Report”a paytaxt təmsilçisinin baş meneceri Eldəniz Yusifov məlumat verib. O bildirib ki, 33 yaşlı hücumçu 2018/2019 mövsümünün sonuna qədər nəzərdə tutulan sözləşməyə imza atıb.

Qeyd edək ki, son iş yeri Türkiyə “Samsunspor”u olan Eite karyerası ərzində “Yeni Malatyaspor” və “Alanyaspor” klublarının da formasını geyinib. Fransada doğulan forvard bu ölkənin “Bordo”, “Brest” və “Nim” komandalarında da çıxış edib. O, Toqo yığmasında 24 oyun keçirib və 6 qol vurub.

“Keşlə” bir müddət əvvəl Mavritaniya yığmasının futbolçusu Diallo Quydileye ilə də müqavilə bağlayıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər